BAKIDA İKINCİ D'S DAMAT МАĞAZASI AÇILDI

Oktryabrın 10-da Metro Park ticarət mərkəzində Türkiyənin məşhur D'S Damat kişi geyimləri markasının ikinci mağazasının açılışı oldu. Təntənəli açılışda Türkiyədən dəvət olunan iş adamları və Azərbycan biznesmenləri iştirak etdilər.

Qonaqların açılışla bağlı xoş sözlərindən sonra, tamaşaçılara D'S Damatın yeni payız kolleksiyasının dəfiləsi göstərildi. Bu yeni kolleksiya qonaqlar tərəfindən böyük maraqla qarşılandı.
Son dəbə uyğun və zövqlü kişi geyimlərinin lider markalarından biri olan D'S Damat bu dəfə də izləyicilərini maraqlı təqdimatı ilə təəccübləndirməyi bacardı. Tamaşadan sonra qonaqlara canlı musiqi sədaları altında içkilər və qəlyanaltı təqdim olundu. Sonra qonaqlar xatirə fotoşəkilləri çəkdirdilər.

Tədbirdə iştirak edən D'S Damat markasının sahibi, ORKA holdinq şirkətlər qrupunun prezidenti cənab Süleyman Orakçıoğlu Bakıda ikinci mağazanın açılmasından məmnunluğunu bildirdi. O, genişlənən Azərbaycan bazarında daha bir neçə mağazanın fəaliyyətə başlamasının gələcək planlarından biri olduğunu vurğuladı.

D'S Damat haqqında daha geniş məlumatı sosial şəbəkələrdə @DSDamatBaku axtararaq tapa bilərsiniz.