Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

Toy fotoqrafları böyük pulları vergidən gizlədir – PROBLEM
25 sentyabr 2014 | Çap üçün versiya | Dosta yolla |
“Toylarda israfçılıqla bağlı unudulan məqamlardan biri də fotoqraflarla bağlıdır”. Bunu AzVision.az-a açıqlamasında Azərfoto İnformasiya Agentliyinin rəhbəri Ceyhun Abdulla son günlər toy məclislərində israfçılıqdan yazılanlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, toylarda fəaliyyət göstərən fotoqrafların əksəriyyəti vergidən yayınır:

- Son illər ölkəmizdə inkişaf edən sahələrdən biri də fotoqrafiya sahəsidir. Azərbaycanda foto işinin bu cür inkişafı bizi də sevindirir. Amma bu sahədə problemlər də var. Son dörd ildə işlərimlə bağlı Türkiyədə də çox oluram. Orada olanda müşahidə edirəm ki, bir nəfər belə gördüyü işi vergidən yayındırmır. Bu baxımdan, görülən işlərlə bağlı dövlətə vergi verilməlidir. Toy fotoqraflığı sahəsində çoxlu pul dövr edir. Burada restoranlar da çoxlu pul qazanır. Restoranlarda fəaliyyət göstərən fotoqraflara şərtlər qoyub, pullar alırlar. Bir şəkil 20 qəpiyə başa gəldiyi halda, toyda insanlara 2 manata satılır. Bunların heç birindən dövlət büdcəsinə vergi daxil olmur.

C.Abdulla bildirib ki, Azərbaycanda toy sahəsində işləyən mindən artıq fotoqraf var. Amma onların arasında dövlətə vergi verən yoxdur. “Hamı nağd işləyir. Ortada böyük bir pul dövr edir. Bu sahədə boşluq olduğundan, vergidən yayınma çoxdu. Fotoqrafiyada da başqa sahələr kimi biznesdir. İnsanlar buradan qazanırlarsa, dövlət büdcəsinə vergi də ödəməlidirlər. Bura həmçinin toydan öncə çəkilən fotolar da daxildir. Bu cür fəaliyyət göstərən fotoqrafların əksəriyyəti qanuni qeydiyyatda deyillər. Nəticədə vergidən yayınırlar. Düşünürəm ki, bu məsələni gündəmə gətirməyə ehtiyac var. Dövlətimizi seviriksə, onun gələcəyi naminə vergidə ödəməliyik”.

Anar Kəlbiyev
AzVision.az


Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS