Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

AZƏRFOTO AGENTLİYİ MƏTBUAT ŞURASINA ÜZV QƏBUL EDİLDİ
16 mart 2013 | Çap üçün versiya | Dosta yolla |
Dünən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda müzakirə edilən başlıca məsələ Mətbuat Şurasının on illik yubileyi olub.

MŞ sədri Əflatun Amaşov məlumat verib ki, martın 15-də əlamətdar hadisə ilə əlaqədar Bakı Əyləncə Mərkəzində keçiriləcək mərasimdə Şuranın ötən müddətdəki fəaliyyətinə dair «Zamanla üz-üzə» sənədli filmi nümayiş olunacaq.

MŞ İdarə Heyətinin üzvləri filmin Azərbaycan mətbuatının tarixi keçmişinə, istiqlala aparan yoldakı, müstəqillik illərindəki fəaliyyətinə və digər vacib proseslərə aydınlıq gətirməsi, həmçinin 2003-cü ildə ölkənin ictimai həyatında mühüm hadisə olmuş Azərbaycan jurnalistlərinin I qurultayı ilə bağlı yaşantıları əks etdirməsi, Mətbuat Şurasının on il ərzində gördüyü işləri ətraflı işıqlandırması baxımından əhəmiyyətinə toxunublar. Ekran əsərinin ölkə telekanallarında nümayişini, bununla da cəmiyyətin ayrı-ayrı təbəqələrinin 10 illik yubileyini qeyd edən qurum barədə məlumatlandırılmasını vacib sayıblar.

İclasda müzakirə edilən digər məsələ Mətbuat Şurasına yeni üzvlərin qəbulu olub. Müzakirələrdən sonra «Day.az», «Lent.az», «vesti.az», «publika.az», «milli.az», «Gündəlik teleqraf» qəzeti və Azərfoto Agentliyi Şura sıralarına daxil ediliblər.

Toplantıda bildirilib ki, son zamanlar MŞ-yə üzv olmaq istəyən onlayn media vasitələrinin sayı artıb. Belə istəklərin mövcudluğu ümumən onların ciddi informasiya resursu kimi dünyanın qabaqcıl təcrübəsinə əsaslanmış özünütənzimləmə prinsiplərinə söykəndiklərini söyləməyə əsas verir. Bu, eyni zamanda onların həqiqi ictimai missiya daşıdıqlarının, cəmiyyət qarşısındakı məsuliyyətlərini dərk etdiklərinin, jurnalistika dəyərlərinə sadiqliklərinin, fəaliyyətləri ilə ictimai mənafeləri təmin etmək niyyətində olduqlarının sübutudur. Mətbuat Şurası işində bu məramları rəhbər tutan hər bir onlayan media vasitəsini öz sıralarına daxil etməkdə maraqlıdır.

Azərbaycan Mətbuat Şurası

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS