Ana səhifə Haqqımızda  
  Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr

GÜNÜN FOTOSU



Azərbaycan DYP əməkdaşı "iş başında".

Həvəskar fotoqrafın çəkdiyi bu görüntü son günlər internetdə ən çox izlənənlər sırasındadır.

AZƏRFOTO

 Başqa fotolar

XƏBƏR RUBRİKALARI

XƏBƏRİN OLSUN

 
Abünə olmaq
İmtina etmək

BAKIDA HAVA NECƏDİR?

Hazirda: 32°C
Külək: Cənub
Xoş və Təmiz
The Weather Channel

BİZİMLƏ ƏLAQƏ

Ad, Soyad:
Telefon:
Email:
Mövzü:
İsmarıc:

NAİLİYYƏT

Netty 2007 Winner



"İRƏLİ" GƏNCLƏRİ AZƏRFOTOnun QONAĞI OLDULAR
22 iyul 2009  |  
Bu gün "İRƏLİ" İctimaii Birliyinin bir qrup gəncləri agentliyimizin qonağı oldular. Birliyin mətbuat katibi Aynur Həsənzadə Milli Mətbuat Günü münasibəti ilə təşkilatlarının rəhbəri Ceyhun Osmanlının təbrik məktubunu bizə təqdim etdi.

NETTY 2009 - AZƏRBAYCAN MİLLİ İNTERNET MÜKAFATI QALİBLƏRİ MÜƏYYƏN EDİLDİ
18 may 2009  |  
R.Behbudov adına mahnı teatrında 17 may tarixində NETTY 2009 Azərbaycan Milli İnternet Mükafatının təntənəli mükafat vermə mərasimi keçirildi. Rəsmi şəraitdə NETTY-nin akademikləri 16 nominasiya üzrə cari ildə ən yaxşı milli veb-saytlarının adlarını çəkdilər

FOTOJURNALİSTİKA İLƏ MƏŞĞUL OLANLARIN FİKRİNCƏ, BU SAHƏ PİS GÜNDƏDİR
25 iyul 2008
Bu il Azərbaycan Jurnalistikası Günü ilə bağlı «Media açarı-2008» mükafatları təqdim olunanda foto (illüstrasiya) nominasiyasında heç bir yer tutulmadı. «Media açarı» müsabiqəsinin təşkilatçıları bunu nominasiyaya az iş verilməsi, seçimə fərli bir material olmaması ilə bağlayıblar.

BİZDƏN YAZIRLAR - “G8” BEYNƏLXALQ KARİKATURA MÜSABİQƏSİ – 2008”
9 iyul 2008
AzərTAc xəbər verir ki, Azərfoto Agentliyi, Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış Azərbaycan Milli Koalisiyası və OXFAM beynəlxalq humanitar təşkilatının maliyyə dəstəyi ilə Bakıda keçirilən “G8” Beynəlxalq Karikatura Müsabiqəsi-2008” başa çatmışdır.

AZƏRFOTONUN ƏMƏKDAŞI BÖYÜK BRİTANİYAYA YOLA DÜŞÜR
3 iyun 2008
Azərbaycan İqtisad Universitetinin ikinci kurs tələbəsi Əziz Şahhüseynov bu ilin Famelab müsabiqəsində "Səs və onun yayınlanması" mövzusunda elədiyi məruzəsi ilə qalib qəlib, Böyük Britaniyanın Çeltenhəm şəhərində doqquz ölkə arasında keçiriləcək beynəlxalq müsabiqədə Azərbaycanı təmsil etmək haqqını qazanmışdır.

PRESS-RELİZ "G8"
9 may 2008
PRESS RELİZ

MİLLİ MEDİAMIZ DÖRD AÇARININ SAHİBİNİ TƏYİN ETDİ
20 iyul 2007
AZƏRFOTO AGENTLİYİ "MEDİA AÇARI -2007" MÜKAFATINA LAYİQ GÖRÜLDÜ
Milli mətbuatın 132-ci ilində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Media açarı” mükafatının təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə jurnalist Afaq Vasifqızı açdı və ənənə halını almış Media açarının onuncu ilində bütün media əhlini salmladı. Mərasimdə mükafatın təsisçiləri, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli və

SAĞLAM GƏNCLİK SAĞLAM AZƏRBAYCAN!!!
31 may 2007
2007-ci ilin “Gənclər ili” elan edilməsi haqqında dövlət başçısının 9 fevral 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş tədbirlər planının 15-ci maddəsinin və «Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)»nın 6.11 bəndinin icrasını təmin etmək məqsədi ilə Gənclər və İdman Nazirliyi tərəfindən 28 - 29 may 2007-ci il tarixində Bakı şəhərində “Avropa” mehmanxanasının “Azərbaycan” zalında “Gənclər təşkilatlarının birinci respublika sərgisi” təşkil olundu.

AZƏRFOTO 2007- Cİ İLİN ƏN YAXŞI INFORMOSIYA RESURSU OLDU
28 aprel 2007  
Milli İnternet Mükafatı Azərbaycanın ən yaxşı İnternet resurslarının adlarını müəyyən etdi
Aprelin 27-si Bakı Əyləncə Mərkəzində NETTY 2007 Azərbaycan Milli İnternet Mükafatın verilməsinin təntənəli mərasimi keçirildi. Rəsmi şəraitdə NETTY-nin akademikləri cari ildə on bir nominasiya üzrə ən yaxşı milli veb-saytlarının adlarını müəyyən etdilər.

"ÜÇ NÖQTƏ" - "Azərfoto" öz saytının təqdimat mərasimini keçirdi
22 mart 2006
"Azərfoto" foto-informasiya agentliyi Azərbaycanda ilk fotoinformasiya agentliyidir. Ötən gün Beynəlxalq Mətbuat Mərkəzində agentliyin saytının təqdimatı və mətbuatdakı fotoproblemlərin müzakirəsinə həsr edilən dəyirmi masa keçirildi.

MƏTBUAT ŞURASININ SƏDRİ ƏFLATUN AMAŞOV "AZƏRFOTO"-nun QONAĞI OLDU
8 dekabr 2005
Bu gün Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "AzərFoto"-nun qonağı oldu. Qonaqla görüşdə agentliyin işçi və idarə heyyəti iştirak etdi. Görüş zamanı bu günə qədər "AzərFoto" agentliyinin gördüyü bütün işlər nəzərdən keçirildi, qarşıya çixan çətinliklər müzakirə olundu.
Əflatun Amaşov söhbətində bildirdi ki; "Foto reportyorluq sahəsi çox çətin sahədir. Siz də bu çətin sahədə iş qurmusunuz. İndi Azərbaycanda ə’la səviyyəli peşəkar reportyorlar

Fotoreportyor olmaq istəyən gənclərin nəzərinə! - AZADLIQ RADİOSU
10 avgust 2005
Fotoreportyor peşəsinin sirrlərini öyrənmək istəyən gənclər "Gənc Fotoreportyor" mövzusunda keçiriləcək təlim kurslarına yazıla bilərlər. Bu kursları Gənc Reportyorlar Birliyi Açıq Cəmiyyət İnstitutunun maliyyə dəstəyi ilə təşkil edir.

1 2 »

AXTAR VƏ TAP

 

BAXMAĞA DƏYƏR

Quran.az

Azerislam - Islam oldughu kimi

Analitika.az

MediaForum.az

© 2005 – 2010
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
NUR D