Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

BİZİMLƏ ƏLAQƏ

Ad, Soyad:
Telefon:
Email:
Mövzü:
İsmarıc:

NAİLİYYƏT

Netty 2007 Winner

"ONLAYN RESURSLARDA İNFORMASİYA AXTARIŞI" TƏLİMİ
5 aprel 2006 | Çap üçün versiya | Dosta yolla |
Bu gün Qafqaz Tədqiqat-Resurs Mərkəzində "İnternetden istifadə və onlayn resurslarda informasiya axtarışı" adlı təlim keçirildi. İnformasiya texnologiyaları üzrə mütəxəssis olan Emin Rüstəmov tərəfindən keçirilən təlimdə internet brauzerlərin növləri, onların bir birindən fərqlənən cəhətləri, eləcə də müxtəlif axtarış mənbələri, məlumatın effektiv şəkildə axtarılması haqqında iştirakçılara ətraflı məlumat verildi. Daha sonra, iştirakçılar mərkəzin İT laboratoriyasındakı kompyuterlərdə işləyərək, təlim zamanı əldə etdikləri bilikləri praktik şəkildə istifadə etmə fürsətinə sahib oldular.

Təlimin vaxtının dəyişilməsi nəticəsində mərkəzə iki ayrı qrup halında gələn iştirakçılara yenidən təlim keçən Emin Rüstəmov, Azərfoto müxbirinə verdiyi müsahibəsində Azərbaycanda informasıya texnologiyalarının her keçən gün daha da inkişaf etdiyini, internet istifadəçilərinin sayının artdığını vurğuladı.

Qeyd edək ki, Avrasiya Fondunun layihəsi olan bu mərkəz Bakıda 2003-cü ildən fəaliyyət göstərir. Əsas xidmətləri yerli təqdiqatçı və alimlərin potensialının gücləndirilməsi, peşəkar mütəxəsislərin müasır tədqiqat resursları ilə təmin olunması olan bu mərkəz öz geniş kitabxanası ilə fəqrlənir.

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2014
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
NUR D