Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

“MediaMən” layihəsinə start verildi
4 may 2014 | Çap üçün versiya | Dosta yolla |
Azərbaycan Jurnalistlər Şəbəkəsi və Gənclər üçün Təhsil Mərkəzinin “MediaMən” Jurnalistika Məktəbi layihəsində təlimlərə start verilib. Təlimin birinci günündə Azərfoto İnformasiya Agentliyinin rəhbəri Ceyhun Abdulla fotojurnalistika ilə bağlı bilik və təcrübəsini iştirakçılarla bölüşüb.

Qeyd edək ki, bu layihə Azərbaycan Jurnalistlər Şəbəkəsi İB (AJN) və Gənclər üçün Təhsil Mərkəzi İB (GTM) Azərbaycan Mətbuat Şurasının təşkilatı dəstəyi ilə həyata keçirlir. “MediaMən” layihəsi jurnalist olmaq istəyən 20 gənci bir araya gətirərək müfəssəl hazırlanmış təlim proqramı və praktik məşğələlərlə jurnalistkaya dair bilik və bacarıqlar öyrədir.

İki ay davam edəcək layihə boyunca iştirakçılar tanınmış jurnalistlərin təlimlərində iştirak edərək peşəkar media qurumlarına təşkil olunan turlara qatılmaq imkanı əldə edəcəklər. Layihədə əsasən foto, qəzetçilik, radio,televiziya və onlayn jurnalistika dair təlimlər təşkil olunur. “MediaMən” layihəsində aktiv olan iştirakçılar təlimlərin yekununda sertifikatlarla təltif olunacaqlar.

Ölkənin aparıcı media qurumlarından Trend İnformasiya Agentliyi, Kaspi qəzeti, Modern.az saytı və Azərfoto İnformasiya Agentliyi bu layihəyə informasiya dəstəyi göstərir.

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS