Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

Gənclər «Kaspi»nin qonağı oldular: «Qəzetçilik klassikadır və heç vaxt sıradan çıxa bilməz»
14 fevral 2014 | Çap üçün versiya | Dosta yolla |
IB Club-un üzvləri media tur çərçivəsində Fevralın 14-ü “Kaspi” qəzetinin qonağı oldular. "Kaspi" qəzetinin təsisçisi, filologiya elmləri namizədi Sona Vəliyeva qəzetin tarixini vərəqləyərək üç əsrin qəzeti olan mətbu orqanın Azərbaycan mətbuatı tarixində tutduğu mövqedən danışdı və qəzetin keçdiyi tarixi yola nəzər saldı. S.Vəliyeva hansı sahədə çalışmalarından asılı olmayaraq gəncləri məsuliyyətli olmağa, dövlətin qanunlarına əməl etməyə, ölkənin təəssübünü çəkməyə çağırdı. Onlara səslənərək jurnalist kimi çalışacaqları təqdirdə, obyektiv, qərəzsiz olmağı, faktları araşdırmağı, etik qaydalara riayət etməyi tövsiyə etdi.

Gənclərin «Bu gün onlayn media ənənəvi medianı sıxışdırır. Qəzetlər bu vəziyyətdən necə çıxa bilərlər?» sualını cavablandıran təsisçi qeyd etdi ki, qəzetçilik klassikadır və heç vaxt sıradan çıxa bilməz .

Gənclər “Kaspi” ilə əməkdaşlıq etməyə, qəzetin səhifələrində dərc olunmaq üçün maraqlı yazılar təqdim etməyə dəvət olundular. Tədbirdə gəncləri maraqlandıran suallar cavablandırıldı, hər bir mətbu orqanın öz oxucuları ilə görüş keçirməsinin vacibliyi vurğulandı. “Kaspi” qəzetinin təsisçisi S.Vəliyeva AJN, IB Club və AZƏRFOTO informasiya agentliyi tərəfindən mükafata layiq görüldü.

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS