Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

BÖYÜK SƏNƏTKAR 3 ƏSƏRİNİ TƏKRAR TƏQDİM ETDİ
27 yanvar 2014 | Çap üçün versiya | Dosta yolla |
Məşhur italiyalı bəstəkar və dirijor Ennio Morrikone Heydər Əliyev Sarayında möhtəşəm konsert verib. Konsert “Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi və “Fireland Vineyards” və “Nar Mobile” şirkətlərinin sponsorluğu ilə baş tutub.

“Oskar” mükafatı laureatı və dəfələrlə bu ada namizəd, dördqat “Qızıl qlobus” və “Qızıl şir” mükafatlarının sahibi, Venesiya film festivalının qalibi maestro Ennio Morrikone Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri və Azərbaycan Xor Kapellası ilə birlikdə tamaşaçılara unudulmaz gecə yaşadıb. Heydər Əliyev Sarayının səhnəsində maestro ilə birlikdə 200-dən çox musiqiçi olub.

Ennio Morrikone İtaliya, İspaniya, Fransa, Almaniya, Rusiya və ABŞ-da çəkilmiş 500-dən çox kino və seriala musiqi bəstələyib. Onlardan “Bir dəfə Amerikada”, “Peşəkar”, “Yaxşı, pis və qəddar”, “Bir dəfə vəhşi Qərbdə”, “Malena”, “Dekameron”, “Lolita”, “Kill Bill” və digər filmlər dünya kinematoqrafiyasının şedevrlərinə çevrilib. Konsert zamanı bu möhtəşəm əsərlər tamaşaçılar üçün səsləndirilib.

Musiqisevərlərə böyük zövq yaşadan Ennio çıxışını bitirərək səhnəni tərk etmək istəsə də, azərbaycanlı tamaşaçılar gurultulu alqışlarla onu 3 dəfə geri qaytarıb və dünya şöhrətli sənətçi sevənlərinə jest edərək daha əvvəl səsləndirilən 3 əsəri təkrarən təqdim edib.

Xəbər: Ayaz Mirzəyev (AJN), Foto: Ruslan Əlizadə/AZERPHOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS