Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

ƏFSANƏFİ BƏSTƏKAR VƏ DİRİJOR ENNİO MORRİKONE BAKIDA
24 yanvar 2014 | Çap üçün versiya | Dosta yolla |
Əfsanəvi bəstəkar və dirijor Ennio Morrikone Heydər Əliyev sarayında möhtəşəm konsertlə çıxış edəcək. Konsert öncəsi, keçirilən mətbuat konfransında çıxış edən dünya şöhrətli bəstəkar Morrikone Bakıda olmağından məmnunluğunu bildirdi: "Mən xoşbəxtəm ki, möhtəşəm şəhər olan Bakıda çıxış etmək şərəfinə layiq görülmüşəm. Konsertdən zövq alsanız çox şad olaram və ümid edirəm ki, konsert zamanı sizin sevginizi hiss edəcəyəm. Hər kəsə təşəkkürlər".

"Oskar" mükafatı laureatı və dəfələrlə namizəd, "Qızıl Qlobus" və "Qızıl Şir" mükafatının laureatı, Venesiya Film Festivalının qalibi Maestro Ennio Morrikone Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Xor Kapellası ilə birlikdə konsert verəcək. Maestro Morrikone ilə birlikdə Heydər Əliyev Sarayının səhnəsində 200-dən çox musiqiçi olacaq. Maestro İtaliya, İspaniya, Fransa, Almaniya, Rusiya və ABŞ-da çəkilmiş 400-dən çox kino və seriala musiqi bəstələyib.

Onlardan "Bir zamanlar Amerikada", "Professional", "Yaxşı, pis və qəddar", "Bir dəfə vəhşi Qərbdə", "Malena", "Dekameron", "Lolita", "Kill Bill" və bir çox digər filmlər dünya kinomotoqrafiyasının şedevrlərinə çevriliblər.

Xəbər: Ayaz Mirzəyev (AJN), Foto: Elnur Rzayev/AZERPHOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS