Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

Park Cinema Xəzər İntellektual Gənclər Klubu ilə əməkdaşlığa başlayır
6 noyabr 2013 | Çap üçün versiya | Dosta yolla |
Park Cinema ölkənin ən böyük gənclər təşkilatlarından biri, intellektual oyunların keçirilməsində ixtisaslaşmış Xəzər İntellektual Gənclər Klubu ilə əməkdaşlığa başlayır.

Əməkdaşlığın məqsədi intellektual oyunlar hərəkatını dəstəkləmək, gənclərin asudə vaxtlarını səmərəli keçirilməsini təmin etmək, eləcə də gənclərin kinoya marağını artırmaqdır. Əməkdaşlıq çərçivəsində gənclər arasında təşkil olunacaq intellektual oyunların qalibləri Park Cinema-dan ən son premyeraları kinoteatrlarda izləmək imkanı qazanacaq, vaxtaşırı kinomaniya mövzusunda intellektual oyunlar təşkil olunacaqdır.

Qeyd edək ki, oyunların qalibləri filmlərə ölkənin ən böyük və ən qabaqcıl kinoteatrında, Park Cinema Metro Park kinoteatrında baxacaqlar.

Park Cinema-nın ictimaiyyətlə əlaqələr üzrə meneceri Nərgiz Rəfiyevanın sözlərinə görə, bu əməkdaşlıq şirkət üçün ilk növbədə korporativ sosial məsuliyyət sferasında önəmli layihədir. O, intellektual gəncləri dəstəkləməklə bu sahəyə diqqəti artırmaq və gələcəyimiz olan gənclərin inkişafına töhfə vermək istəklərinin olduğunu vurğuladı.

Park Cinema:
Ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu il tarixində fəaliyyətə başlamışdır. Hal-hazırda şəbəkə 3 kinoteatr, 13 zal və 2200-dən artıq oturacaq yerlə təqdim olunub.

Şəbəkənin kinoteatrlarında ən son texnologiyalardan istifadə olunmuş və kinoproyeksiya sahəsində təqdim olunmuş aparıcı brendlərdən olan avadanlıqlar quraşdırılmışdır. Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindən http://www.facebook.com/ParkCinema əldə etmək olar.

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS