Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

HILTON BAKU OTELİ 2 YAŞINI QEYD EDİR
11 oktyabr 2013 | Çap üçün versiya | Dosta yolla |
11 oktyabr 2011 tarixindən tam fəaliyyətə başlamış Hilton Baku oteli bu gün iki illiyini qeyd edir.
Açıldığı gündən etibarən qisa bir zamanda önəmli qonaqların birinci seçimi və ən görkəmli tədbirlərin başlıca məkanı olmuşdur. Dünyaca məşhur Hilton brendini Azərbaycanda layiqincə təmsil edən otel bu il ərzində şəhərimizdə yer tutan bütün önəmli tədbirlərin təşkilində iştirak edərək ilin ən tanınmış və ən fəal mehmanxanasına çevrilmiş, nəticədə “World Tourism Award” təşkilatı tərəfindən “2013 Azərbaycanın Ən Yaxşı Biznes Oteli”
adına layiq görülmüşdür.

İş fəaliyyəti ilə yanaşı Hilton Baku işçi heyəti ənənəvi olaraq bu il də xeyriyyə və ictimai yardım işlərində də fəal olmuşdur. Otelin ikinci fəaliyyət ili ərzində həyata keçirilmiş ictimai aksiyalara dənizkənarı sahil ərazilərinin təmizlənilməsi, təbiətə zərər vurmayan nəqliyyat vasitələrinin inkişafına və davamlılığa dəstək məqsədli velosiped turunun təşkili, kimsəsiz uşaqlara dəstək, evsiz heyvanlara yardım və bir sıra başqa layihələr daxildir.

Fəaliyyətinin ikinci ilindəki nailiyyətlərinə əlavə olaraq Hilton Baku mehmanxanası növbəti illərdə də uğur gətirəcək yeni layihə və tədbirlərə imza atmağa hazırdır.



AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS