Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

"Honkonq vikipediyaçılara ev sahibliyi edəcək"
6 avgust 2013 | Çap üçün versiya | Dosta yolla |
7-11 avqust tarixlərində Honkonqda “Vikimaniya 2013” beynəlxalq konfransı keçiriləcək. Builki konfransda Azərbaycan dilində olan Vikipediyanı idarəçilər, Rövşən Ramizoğlu və Elgün Atalıyev təmsil edəcəklər.

Vikimaniya, 2005-ci ildən etibarən ildə bir dəfə dünyanın müxtəlif şəhərlərində Vikipediya və digər əlaqəli layihələrin redaktorlarının iştirakı ilə keçirilən beynəlxalq konfransdır. Burada dünyanın onlarla ölkəsindən yüzlərlə vikipediyaçı iştirak edir, Vikipediyanın bu günü və gələcək inkişaf perspektivləri müzakirə olunur, mühazirələr və praktiki görüşlər təşkil edilir. Mühazirələrdə vikipediyaçılar öz ölkələrində və ya ümumiyyətlə Vikipediyada və onunla əlaqəli digər layihələrdə rastlaşdıqları problemlər, onların həlli yolları, saytın quruluşunda və yazılmasındakı yeniliklər və s. barədə məlumatlar verirlər. Konfransın əsas məqsədlərindən biri bütün dünyadakı aktiv vikipediyaçılar arasında təmasların qurulmasına vasitəçi olmaqdır.

Builki konfrans Çinin xüsusi inzibati ərazisi olan Honkonqda keçiriləcək və sevindiricidir ki, bu il ilk dəfə olaraq, Azərbaycanı Vikimaniyada iki vikipediyaçı təmsil edəcək.

Rövşən Ramizoğlu bildirdi ki, Azərbaycandilli Vikipediyada məqalə sayı artıq 95 mini keçib və müxtəlif sahələrə aid kifayət qədər zəngin məqalələr var. Onun sözlərinə görə, hal-hazırda azvikinin təxminən 50-yə yaxın fəal redaktoru var ki, bu da Azərbaycan kimi ölkədə elə böyük bir qəzet redaksiyası deməkdir.

Elgün Atalıyev isə Vikipediyanın bu gün dünyanın 5-ci məşhur saytı olmasına baxmayaraq, Azərbaycanda hələ də lazımınca tanınmadığını, kütləvi informasiya vasitələrinin onun təbliğinə diqqət ayırmadıqlarını qeyd etdi.

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS