Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

Azərbaycan-Kıbrıs Türk Cəmiyyəti tərəfindən dünya dövlətlərinə MÜRACİƏT
20 iyul 2013 | Çap üçün versiya | Dosta yolla |
Azərbaycan-Kıbrıs Türk Cəmiyyəti olaraq, 20 iyul Kıbrıs Barış Hərəkatının 39-cu ildönümü münasibətilə qardaş Kıbrıs türk xalqını bayram münasibətilə təbrik edirik. “Qardaşını tanı və tanıt” fəlsəfəsi ilə yola çıxan AKTC Quzey Kıbrısın Azərbaycanda tanıdılması və dünya dövlətlərinin haqsız münasibətinə qarşı olaraq həmişə qardaş türk xalqının yanında olub və olacaqdır.
Cəmiyyət olaraq, dünya birliyini Quzey Kıbrıs Türk Cümhuriyyətinə qarşı qoyulmuş embarqonu geri götürməyə, ədaləti bərpa etməyə, ən azı adanın yunan xalqına olan münasibət qədər diqqət göstərməyi tələb edirik.
Qeyd edək ki, Quzey Kıbrıs Türk Cümhuriyyətində Barış və Özgürlük gününün əsası 1974-cü il iyulun 20-də yunanların Kıbrıs türklərinə qarşı həyata keçirdiyi etnik təmizləmə və qətliamları dayandırmaq üçün Türkiyənin adaya hərbi kontingent yeritməsi ilə qoyulub. Rəhmətlik Bülent Ecevitin baş nazirliyi zamanında ümidsiz xalqa köməyə və barışa gələn qardaş Türkiyə əsgərləri adadakı qan qardaşlarını qurtarmaq və barışı gətirmək məqsədi ilə paraşütlərlə adaya pənah gətirmişdi. Türk Silahlı Qüvvələrinin rəsmi qaynaqlarından da göründüyü kimi, Kıbrıs Türkləri hələ 1963-1974-cü illərdə adada sıxışdırılmağa başlanmışdır.

Türkiyə ordusunun "Barış hərəkatı" əməliyyatı Kıbrıs türklərinin öz tarixi torpaqlarında yaşamaq haqqını təmin etməklə bərabər, adanın ikiyə bölünməsini də faktiki olaraq başa çatdırmış oldu. Bu gəlişdə də rəsmi Ankara ilə əlaqələrin qurulmasında qurucu prezident rəhmətlik Rauf Denktaşın böyük rolu olub. Mərhum həyatını xalqı üçün təhlükəyə atmış və bunun nəticəsi olaraq haqqında adaya giriş qadağası qoyulmuşdu. O vaxtdan Kiprin güneyi yunanların (rumların), quzeyi isə türklərin nəzarətindədir, onları ayıran "yaşıl zolağa" isə BMT-nin sülhməramlı qüvvələri nəzarət edir. Əslində, adanın bölünməsi ondan 10 il öncə Türklərlə vahid dövlətdə yaşamağı rədd edən yunanlar tərəfindən başlanmışdı. Amma, nə yazıqlar ki, dünyadakı "ikili standartlar" siyasəti Kıbrıs məsələsinə münasibətdə də özünü göstərib, nəticədə adanın yunan bölümü müstəqil dövlət olaraq bütün beynəlxalq qurumlar tərəfindən qəbul olunduğu halda, Kıbrıs türkləri ədalətsiz təcridə məruz qalıb və bu vəziyyət böyük ölçüdə indi də davam etməkdədir. Qardaş Türkiyə Cümhuriyyəti ölkənin müstəqilliyini tanısa da, Birləşmiş Millətlər hələ də bu ölkənin müstəqilliyini tanımamaqdadır. BMT baş katibi Kofe Annan tərəfindən məlum “Annan” (2004) planı kimi tanınan ümümi ada sakinlərinin referendum səsverməsi özünün müsbət nəticələrini də verə bilmədi. Çünki yunanlar həmin referendumdan imtina etdilər. Bunun müqabilində yunanlar cəzalanmaq yerinə Avropa Birliyinə üvz qəbul olundular.

Bu gün Quzey Kıbrıs Türk Cümhuriyyətində milli bayram günü kimi qeyd olunur. Çünki Kıbrıs türkləri millət olaraq həmin günü mübarizə və əzm göstəriblər. Türk dövlətlərinin ən kiçik, amma şah əsəri olan Quzey Kıbrıs Türk Cumhuriyyəti 1974-cü ilin bu günü öz talelərini həll edib. Belə ki, Şekspirin təbiri ilə desək “olum ya ölüm” dolusu bir tarixin imtahanında varlıqları ilə qalib gəliblər. Bu gün Türkiyə ordusunun gəlişini onlar Milli Müstəqillik Günü kimi qeyd edirlər.

Azərbaycan-Kıbrıs Türk Cəmiyyəti Mətbuat Xidməti

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS