Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

“Pizza-İnn” kafe-restoranda aşkar olunmuş nöqsanlarla əlaqədar müəssisənin rəhbəri 5000 manat cərimə edilmişdir
30 may 2013 | Çap üçün versiya | Dosta yolla |
Fiziki şəxs Natiq Qədirova məxsus “Pizza-İnn” kafe-restoranda aşkar olunmuş nöqsanlarla əlaqədar müəssisənin rəhbəri 5000 manat cərimə edilmişdir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Fəvvarələr meydanı, 8 ünvanında fəaliyyət göstərən fiziki şəxs Natiq Qədirova məxsus “Pizza-İnn” kafe-restoranında aşkar olunmuş nöqsanların aradan qaldırılması ilə bağlı verilmiş tapşırığın icra vəziyyətini yoxlamaq məqsədilə təkrar dövlət nəzarəti tədbirləri həyata keçirilmişdir.

Araşdırma zamanı müəssisəyə verilmiş tələbnamələrin tam icra olunmadığı, 11 aprel 2013-cü il tarixindən istehsalı və satışı qadağan olunmuş biskvitli-kremli tort və pirojnaların istehsalının dayandırılmadığı və satışı aşkar olunmuşdur. Həmçinin dövlət nəzarəti tədbirləri zamanı restoranda istehlakçılara təqdim olunan yeməklərin hazırlanmasında ölkəmizdə istehsal olunan ətlərlə yanaşı, Braziliya Respublikasından idxal olunan “Friboy” nişanlı uyğunluq sertifikatı olmayan dondurulmuş mal ətindən istifadə olunduğu müəyyən olunmuşdur.

Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar olaraq fiziki şəxs Natiq Qədirov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 317.2 maddəsinə əsasən inzibati protokol tərtib edilmiş, məhsulların istehsalının dayandırılması barədə müəssisə rəhbərinə bir daha xəbərdarlıq edilmiş, inzibati xəta haqqında qərara əsasən müəssisə rəhbəri 5000 manat cərimə edilmişdir.

Xatırladaq ki, məlumatı AZƏRBAYCAN RESPUBLİKASININ STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN İNFORMASİYA TEXNOLOGİYALARI VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR ŞÖBƏSİ yayıb.

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS