Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

Cümhuriyyətin 95 illiyi Gürcüstanda qeyd olunub
28 may 2013 | Çap üçün versiya | Dosta yolla |
Azərbaycan Xalq Cümhuriyyətinin 95-ci ildönümü Gürcüstanın Marneuli (Sarvan) şəhərində qeyd olunub. Yeni Nəfəs Gənclər Təşkilatı və Marneuli Gənclər Təşkilatı tərəfindən təşkil olunan tədbirə Gürcüstanda yaşayan soydaşlarımız qatılıb.

Tbilisi şəhərində təhsil alan azərbaycanlı gənc Azad Hüseynovun təşəbbüsü ilə gerçəkləşən səfərdə təşkilat rəhbərliyi, politoloq Seymur Həsənli, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, alim Babək Abuşov iştirak ediblər. Onlar Gürcüstanın müstəqillik günü ilə bağlı təşkil olunan rəsmi tədbirlərə qatılıblar.

Daha sonra Azərbaycanın müstəqillik günü ilə bağlı tədbir təşkil olunub. Tədbiri açıq elan edən Marneuli Gənclər Təşkilatının sədr müavini Zaur Darğalı hər kəsi salamlayaraq Gürcüstanın müstəqillik günündə Azərbaycandan qonaqların gəlməsini və Azərbaycanın müstəqillik günü ilə bağlı tədbir təşkil olunmasını təqdirəlayiq hal kimi dəyərləndirib.

Çıxış edən Seymur Həsənli Gürcüstandakı soydaşlarla görüşdən məmnunluğunu ifadə edib və səfərlərinin məqsədi haqqında məlumat verib. Bakıdan gətirilən müxtəlif vəsaitlər təşkilat rəhbərliyi adından Mətin Niftəli tərəfindən Marneuli Gənclər Təşkilatının ofisinə və üzvlərinə hədiyyə olunub. Sonra AMEA-nın alimi Babək Abuşov AXC-nin yaranması, həmin dövrdə ictimai-siyasi vəziyyət, qonşu dövlətlərin münasibətləri barədə çıxış edib. Sonda qonaqlar gənclərin müxtəlif suallarını cavablandırıb və xatirə şəkli çəkdirib.

Qeyd edək ki, Azərbaycandan gedən heyət Marneuli, Tiflis və başqa şəhərlərdə rəsmi, qeyri-rəsmi dairələrlə ikitərəfli görüşlər keçirərək əməkdaşlıq və Gürcüstanda yaşayan soydaşlarımızın problemləri barədə müzakirə aparıblar.

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS