Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

PREZİDENTİN FACEBOOK SƏHİFƏSİNDƏ FOTOLARININ GÖRÜNMƏSİNİ İSTƏYİRSƏNSƏ FOTOMÜSABİQƏYƏ QOŞUL
11 may 2013 | Çap üçün versiya | Dosta yolla |
“İRƏLİ” İctimai Birliyinin mətbuat xidməti“ xəbər verir ki, Azərbaycanımın inkişafı – 10 il” mövzusunda fotoşəkil müsabiqəsinə start verilir.
13 may tarixində, saat 14:00-da Trend İnformasiya Mərkəzində “Azərbaycanımın inkişafı–10 il” mövzusunda fotoşəkil müsabiqəsinin startı ilə bağlı mətbuat konfransı keçiriləcək.
Mətbuat konfransında layihənin təşəbbüskarları olan gənclər təşkilatlarının rəhbərləri - “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Forumu (ASAİF) baş katibi Vüsal Qurbanov iştirak edəcəklər.
Tədbirdə layihə barədə ətraflı məlumat veriləcək, müsabiqənin şərtləri və iştirak qaydaları açıqlanacaqdır.

Qeyd edək ki, “Azərbaycanımın inkişafı–10 il” layihəsinə bu ilin 6 may tarixində “İRƏLİ” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Forumunun (ASAİF) ortaq təşəbbüsü olaraq start verilib.

“Azərbaycanımın inkişafı–10 il” fotoşəkil müsabiqəsinə peşəkar və həvəskar fotoqraflar son 10 ildə Azərbaycan və onun inkişafı ilə bağlı şəkillər təqdim etməklə qoşula bilərlər. Bunun üçün müsabiqədə iştirak etmək istəyən şəxslər çəkdikləri şəkilləri 10il.musabiqe@gmail.com elektron ünvanına göndərə bilərlər.

Müsabiqəyə təqdim olunmuş şəkillər Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəsmi facebook səhifəsində təqdim olunacaq və onlar arasında ən çox bəyənilən şəklin müəllifləri xüsusi hədiyyələrlə təltif olunacaqlar.

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS