Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

HƏBSXANA KAMERASINDAN FOTO KAMERAYA-İSTANBULDAN FOTOREPORTAJ
10 may 2013 | Çap üçün versiya | Dosta yolla |
Bir fotojurnalsit olaraq Bəxtiyar Hacıyevi uzun illərdir ki, tanıyıram. O, hələ Amerikada təhsil almamışdan öncə "böyük kəndimiz Bakıda" (Adətən Bakıda çox adam biri-birini tanıdığı üçün ora zarafatyana hərdən böyük kənd də deyirlər) tez-tez rastlaşırdıq. İllər ötdü və Bəxtiyar Amerikada təhsil almağa getdi. Bəxtiyarın Azərbaycan sevgisi, elmə marağı təbii ki, diqqətimizdən yayına bilməzdi. Beləcə onunla əməkdaşlığımız çox maraqlı alındı. Amerikada olarkən agentliyimizə maraqlı reportajlar hazırlayırdı. Təşkil etdikləri tədbirlərin reportajları dəfələrlə səhifəmizdə yer alıb. Hətta saytımızın axtarışında belə bu izlər aydınca görünür. Linkə baxın...
Onun həyata baxışı, pozitiv və sevgi dolu düşüncələri yalnız bir şeylə yadımda qaldı. Vətənini sevən, Azərbaycanı dünyada hər zaman demokratik və ucalarda görmək istəyən, milli dəyərlərimizi unutmayan bir gənc.

Hələ illər öncə REUTERS agetnliyi ilə əməkdaşlıq etdiyim zamanlarda Bəxtiyar və bir neçə gənc "Təhsildə rüşvətə YOX" adlı mədəni aksiya keçirdikləri üçün polis tərəfindən saxlanıldı. O zaman Bəxtiyarın yenə də pozitiv və gülən fotosu gözümdən yayınmadı. Arxivimizdən.
Bəxtiyarın məhbəs həyatı yaşamasını və həbsxanadan yeni çıxdığını da ictimaiyyətimiz bilir. Həbsxananın qoxusu üzərindən getmədən onun dünya turuna çıxdığını da yenə sosial mediadan xəbər tutdum. Nəhayət ki, İstanbula gələcəyini yazdı və görüşümüz onun sevimli markası olan "starbucks coffee"də baş tutdu.

Uzaq ellərdən, okeanın o tərəfindən bu tərəfinə gələn Bəxtiyarın fotokamerası da diqqətimdən yayınmadı.
Söhbətimiz zamanı İstanbuldan çəkdiyi maraqlı fotoları agentliyimizlə də paylaşacağına söz verdi.
Fotolara baxdıqca onun daxili dünyasını büruzə verə bildiyini gördüm. Həvəskar fotoqraf yenə də mərhəməti, səmimiliyi, ədaləti və belə demək olarsa xoşbəxtliyi çəkməyə çalışdı.

Tozlu həbsxana kamerasının dəmir barmaqlıqları ardından bir gün həyata baxan Bəxtiyar Hacıyevin fotokameranın azad pəncərəsindən gördüyü həyat tablolarını sizə təqdim edirəm.

Ceyhun Abdulla/AZƏRFOTO AGENTLİYİ TÜRKİYƏ BÜROSU

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS