Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

TÜRKİYƏ UNİVERSİTETLƏRİNDƏ ÖZ İMKANLARI İLƏ TƏHSİL ALMAQ İSTƏYƏN NAMİZƏDLƏRİN VƏ VALİDEYNLƏRİNİN DİQQƏTİNƏ
7 may 2013 | Çap üçün versiya | Dosta yolla |
2010-cu ildən etibarən Türkiyə universitetlərinə tələbə qəbulu, universitetlər tərəfindən müəyyən edilən və YÖK-ün təsdiq etdiyi şərtlərlə aparılır.

Bu çərçivədə, hal hazırda bəzi universitetlər öz imtahanlarını keçirir, bəzi universitetlər ``Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası``nın keçirdiyi qəbul imtahanı ballarına əsaslanır, bəziləri isə orta məktəb diplomu qiymətləri və tələbələrin beynəlxalq imtahanlardan topladığı balları diqqətə alır.

Son zamanlar ölkəmizdə təhsil almaq istəyən tələbələrin və tələbələri bu məsələdə dəstəkləyən məsləhətçi təhsil şirkətlərinin sayı artmaqla yanaşı Səfirliyimizə bəzi şikayətlər və müraciətlər daxil olmağa başlamışdır. Türkiyə universitetlərinin tələbə qəbulunun və Türkiyə tərəfindən təmin edilən təqaüdlərin necə həyata keçirildiyi məsələsində ictimai rəydə tərəddüd yaradacaq və insanların zərər çəkmələrinə səbəb ola biləcək məzmunda olan bu şikayətlər çərçivəsində, universitetlərin qeydiyyat zamanının yaxınlaşdığı bir dövrdə valideynlər ilə tələbələr tərəfindən bilinməsi vacib olan bəzi məsələlərin Azərbaycan ictimaiyyəti ilə paylaşılmasına ehtiyac hiss edilmişdir.

Bəzi məsləhətçi təhsil şirkətlərinin, Türkiyənin prestijli universitetlərinə imtahansız və yüksək qeydiyyat haqqı ödəməklə sadəcə orta məktəb diplomu ilə tələbə qəbulunu təmin etdiklərini bəyan etdikləri məlum olub. Bu məsələ ilə bağlı aparılan tədqiqatdan və Səfirliyimizə daxil olan şikayətlərdən, həmin şirkətlərin tələbələrə bəzi tanınmış ali təhsil müəssisələrimizdə mövcud olmayan və imtahanla qəbul keçirilən bölümlərə diplom qiymətləri əsasında yerləşdirməyi söz verdikləri, bu vədin qarşılığında valideynlərdən 10000 manat kimi yüksək məbləğlər aldıqları öyrənilib. Şirkətlərdən bəzilərinin isə Türkiyə dövlətinin xarici tələbələr üçün təmin etdiyi bir fürsət olan "Türkiyə Təqaüdləri"ni qazandırmağa zəmanət verdikləri, valideynləri və tələbələri buna bənzər yalan bəyanlarla aldatdıqları müəyyən edilib. Buna bənzər şirkətlərin keçən illərdə də universitetlər adından saxta qəbul sənədləri tərtib etdikləri, təhsil haqqı, yerləşdirmə (universitet şəhərciyi) haqqı və yemək məsrəfləri kimi xərcləri valideynlərdən alaraq aidiyyəti qurumlara ödəmədikləri, bu vəziyyəti Türkiyəyə gəldikləri zaman öyrənən tələbələrin zərər çəkdiyi barədə informasiya alınıb.

Yuxarıda qeyd olunan sui-istifadə hallarının qarşısının alınması üçün tələbələrin və valideynlərin aidiyyəti universitetlərin qeydiyyat şərtlərini (imtahan və ya diplom ilə qeydiyyatın aparılıb-aparılmadığını və hansı sənədlərin tələb edildiyini) universitetlərin internet saytları və telefon nömrələri vasitəsi ilə əlaqə saxlayaraq təsdiq etmələri, saxta qəbul sənədləri məsələsində diqqətli olmaları və yenə bu sənədlərin düzgünlüyünü aidiyyəti universitetlərdə təsdiq etmələri, mümkünsə universitet təhsil haqqı və şəhərcikdə qalış haqları kimi məsrəfləri Türkiyəyə gəldikləri zaman birbaşa aidiyyəti universitet orqanlarına ödəmələri məqsədəuyğun olacaqdır.

Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS