Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

“Erkən nikah – potensial təhlükəyə qarşı birgə olaq!”
3 may 2013 | Çap üçün versiya | Dosta yolla |
“SAF Həyat Naminə” Gənclər İctimai Birliyindən verilən məlumata görə, təşkilat Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə artıq “Erkən nikah – potensial təhlükəyə qarşı birgə olaq!” adlı layihənin icrasına başlayıb.

Təşkilat adı çəkilən layihədən öncə 2012- ci ilin sentyabr ayında Lənkəran rayonunda gənclərin hüquqları, vəzifələri və imkanları ilə bağlı maarifləndirici layihənin icrasını həyata keçirib.

Belə ki, layihənin icrası zamanı birlik Lənkəran şəhərinin bir sıra ali və orta ixtisas müəssisələrində həmin regiondan olan gənclərin qarşılaşdıqları problemlərlə bağlı sorğular keçirmişdir və onlarla söhbətlər aparıb. Şifahi sorğular və söhbətlər göstərmişdir ki, regionda, xüsusən də ucqar kəndlərdə gənclərin qarşılaşdıqları ən böyük problem erkən nikahlardır. Bu məsələdən nəinki qızlar, hətta yoldaşlarından bir az geniş dünyagörüşə və biliyə malik olan gənc oğlanlar da çox narazıdırlar. Problemin kökünü isə həm valideynlərdə, həm də qızların özlərində görürlər. Növbəti layihənin bu istiqamətdə olması üçün təkliflər verən gənclər, layihənin icrasında öz könüllü iştirakları üçün də təkliflər veriblər.

Beləliklə, gənclərin verdikləri təkliflər birliyi erkən nikah problemi ilə bağlı yeni bir layihə həyata keçirməyə vadar edib.
Azərbaycan Respublikasında ailə münasibətləri, nikah məsələləri mövcud qanunvericilik əsasında tənzimlənir. Bu istiqamətdə qanunlar kifayət qədər sərtləşdirilsə də, qızların nikaha daxil olma yaş həddi artırılsa da, bu nəticəyə müsbət təsir etməmişdir. Əksinə erkən nikahlarda ötən dövrlərlə müqayisədə cüzi də olsa artım baş verib.

Bir çox beynəlxalq təşkilatlar, xüsusən BMT-nin Uşaq Fondu - UNİCEF Azərbaycanda həddi-büluğa çatmayanlar arasında nikahların sayının artmasından hər zaman narahatlıq ifadə etmişdir. Ötən illərdə dərc edilmiş hesabatlarda UNİCEF qeyd edir ki, araşdırmalar hər səkkiz nəfərdən birinin on səkkiz yaşına çatmamış evləndiyini və ya ərə getdiyini göstərir.
UNİCEF öz hesabatından bunun iki səbəbinin olduğunu qeyd etmişdir. Bunlardan birincisi mənəvi-mental məsələ, ikincisi isə maddi istəkdir. Problemin aradan qaldırılmasında hələlik ən effektiv üsul kimi maarifləndirməni tövsiyyə edib.

Bütün bunlar göstərir ki, bu problemdən çıxış yolu yalnız maarifləndirmə və erkən nikahda olmuş gənclərin qarşılaşdıqları problemləri onlara əyani şəkildə göstərməklə həll etmək və ya həllinə kömək etmək olar. Maarifləndirici işlər bu baxımdan intensiv və fasiləsiz şəkildə aparılmalıdır.
Məhz birlik də icrasına başladığı layihədə bu gün ölkəmizdə də həlli vacib olan problemlərdən biri sayılan erkən nikahlar və onların gələcək fəsadları ilə bağlı bu təhlükəyə daha çox məruz qalmaq ehtimalı olan yeniyetmə və gənclərin maarifləndirilməsini əsas məqsəd kimi qarşıya qoyub.

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS