Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

Komissar Fülenin Azərbaycana səfəri
2 may 2013 | Çap üçün versiya | Dosta yolla |
Brüssel (1 may) - Avropa İttifaqının Genişlənməsi və Avropa Qonşuluq Siyasəti üçün cavabdeh olan Komissar Ştefan Füle ikitərəfli əlaqələri və cari ilin noyabr ayında Vilnyusda keçiriləşək Şərq Tərəfdaşlıq Sammitinədək Şərq Tərəfdaşlığında Azərbaycanın iştirakı üçün qoyulan hədəfləri müzakirə etmək üçün Cümə Axşamı və Cümə Günü Azərbaycana səfər edəcəkdir.

O, Prezident İlham Əliyev, İqtisadi İnkişaf Naziri Şahin Mustafayev, Təhsil Naziri Mikayıl Cabbarov, Xarici İşlər Nazirinin Müavini Mahmud Məmməd-Quliyev, eləcə də müxalifət və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcəkdir.

Cümə günü Komissar Füle Diplomatik Akademiyada nitq söyləyəcək və mətbuat konfransı keçirəcəkdir.

Bakıdakı danışıqları zamanı o, qarşılıqlı hörmət, maraq və dəyərlər əsasında Azərbaycanla tərəfdaşlığın gücləndirilməsinə dair Avropa İttifaqının öhdəlik götürdüyünü bir daha təsdiq edəcəkdir.

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS