Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

19-cu Azərbaycan Beynəlxalq “Qida sənayesi” sərgisi
2 may 2013 | Çap üçün versiya | Dosta yolla |
May ayının 22-dən 24-dək Bakı Ekspo Mərkəzində “WorldFood Azerbaijan-2013” Azərbaycan Beynəlxalq “Qida sənayesi” sərgisi keçiriləcək. Artıq on doqquzuncu ildir ki keçirilən “WorldFood Azerbaijan” sərgisi Xəzəryanı regionda qida sənayesinin ən böyük tədbiri kimi öz mövqeyini tam möhkəmləndirmişdir. Keçirildiyi uzun illər ərzində “WorldFood Azerbaijan” sərgisi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, habelə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” MMC və “ITE Group plc” şirkəti çıxış edirlər. Layihənin icrasına “ITE Group plc” şirkətinin beynəlxalq şirkətləri Azərbaycan sərgisində iştiraka fəal surətdə cəlb edən tərəfdaşlar şəbəkəsi cəlb olunub.

Bu il sərgidə dünyanın 26 ölkəsindən 100-dən çox şirkət iştirak edəcək. Onların arasında Rusiya, Belorus, Polşa, Almaniya, Çexiya, Hollandiya, Latviya, Türkiyə, İtaliya və İspaniya kimi ölkələr yer alır. Bu il ilk dəfə olaraq Latviya, Moldova, Belçika və İran öz milli ekspozisiyaları ilə çıxış edəcəklər. Eksponentlərin ümumi sayının 60%-ni debütantlar təşkil edir. Sərginin ümumi ekspozisiyasının 40%-ni təşkil edən Azərbaycan şirkətləri də sərgidə fəal iştirak edirlər.

Ekspozisiya qida məhsullarının təqdim olunması baxımından mühüm marketinq funksiyasını yerinə yetirməklə yanaşı, həm də innovasiyalı məhsulların nümayişi və onlarla tanışlıq üçün platforma hesab olunur. Belə ki, bu il sərgidə ziyarətçiləri aparıcı istehsalçılar, məşhur brendlərin distribütorları, habelə yeni baqqaliyyə məhsulları gözləyir. Sahənin praktiki olaraq bütün istiqamətlərini əhatə edən “WorldFood Azerbaijan” sərgisi mövzu ilə bağlı bir neçə ekspozisiyanı özündə birləşdirir - qida sənayesi (“WorldFood”), içkilər (“WorldDrink”) və texnologiyalar (“WorldFoodTech”). Sərgidə ət, konservləşdirilmiş məhsullar, baqqaliyyə məhsulları, inqrediyentlər, çay, meyvə və tərəvəz, qənnadı məmulatları və içkilərdən ibarət stendlər təqdim olunacaq.

Həmin tarixlərdə keçirilməsi planlaşdırılan “Ipack Caspian-2013” Xəzər Beynəlxalq “Qablaşdırma, tara, etiket və poliqrafiya” sərgisində müxtəlif sənaye sahələri üçün qablaşdırmanın istehsalı və tərtibatı üçün avadanlıqlar, qablaşdırma materialları, tara və hazır qablaşdırmalar təqdim olunacaq. Bu il kənd təsərrüfatı sahəsində çalışan həm yerli, həm də əcnəbi şirkətlər “WorldFood Azerbaijan” sərgisi ilə paralel keçirilən “Agrihort Azerbaijan-2013” 7-ci Azərbaycan Beynəlxalq “Kənd təsərrüfatı” sərgisinə də böyük maraq göstərirlər. Belə ki, sərgidə Ukrayna, Almaniya, Rusiya, Fransa, İtaliya, İspaniya və Hollandiyadan şirkətlər təmsil olunacaqlar. Açıq meydançada isə ziyarətçilərin diqqətinə kənd təsərrüfatı texnikası təqdim olunacaq.

Beləliklə, qida sənayesi mütəxəssislərinin illik görüşü üçün etibarlı platforma hesab olunan “WorldFood Azerbaijan” sərgisi qida məhsulları çeşidini artırmaqla yanaşı, beynəlxalq əməkdaşlığın qurulmasına, o cümlədən dünya ərzaq bazarında Azərbaycanın ərzaq məhsullarının rəqabətədavamlılığının artırılmasına şərait yaradacaq.

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS