Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

İtaliyada “Azərbaycan 2020: Gənclərin Vizyonu” - “Azerbaijan 2020 – Youth Vision” adlı növbəti ASAIF forumu keçiriləcək
25 fevral 2013 | Çap üçün versiya | Dosta yolla |
Forumun əsas fəlsəfəsi cənab Prezident İlham Əliyevin 21 aprel 2011-ci il tarixdə gənclərlə görüşdə səsləndirdiyi “Biz çox istəyirik ki, gənclərimiz həm peşəkar, həm bilikli, həm də Vətənə, dövlətə bağlı olsunlar, Vətəni sevsinlər. Haqlı olaraq, fəxr etsinlər ki, onlar Azərbaycan vətəndaşlarıdır” fikri olacaqdır.

“Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu” (ASAIF) 27-30 mart, 2013-cü il tarixlərdə (27 mart gəliş, 30 mart gediş tarixləri olmaqla) İtaliyanın paytaxtı Roma şəhərində keçiriləcək növbəti foruma ərizə qəbulu elan edir.

ASAIF-in Roma forumunun Strasburq, Budapeşt və Vyana forumlarından önəmli dərəcədə fərqləndiyini vurğulamaq məqsədə uyğundur. İlk növbədə, ASAIF-in Roma forumu təşkilatın xaricdəki ilk qlobal forumudur. Çünki, əvvəlki forumlarda əsas prioritet Avropada təhsil alan tələbələrə verilirdisə, indi bu hüquq bərabər paylanaraq forum Amerika və Uzaq Şərq, Asiya ölkələrində, Afrika və Latın Amerikası daxil olmaqda dünyanın hər yerində təhsil alan tələbələrə iştirak haqqını verir. Bununla bərabər, bundan öncəki forumlarda iştirakçıların sayı 250-dək idisə, Roma forumunda iştirakçı sayı 350-dək olacaqdır. Daha önəmli bir xəbər isə, bütün iştirakçıların yol və yaşayış xərclərinin təşkilatçılar tərəfindən tam qarşılanması ilə bağlıdır. Bununla bağlı şərtlər və lazımı müddəalar forumda iştirak hüququ əldə edəcək olan tələbə və məzunlara bildirələcəkdir. Həmçinin gənclərimizin dövlət qulluğuna olan maraqlarını nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və böyük şirkətlərin iştirakı ilə Əmək Yarmarkası keçiriləcəkdir. Bununla forum iştirakçıları həm işlə təminat həm də təcrübə-praktika məsələləri ilə bağlı şirkətlərə öz CV-lərini təqdim edə biləcəklər.

Bu forumun keçirilməsində əsas məqsəd dünyanın bir çox nüfuzlu ali məktəblərində təhsil alan gənclərin milli-mənəvi dəyərlərimiz ətrafında birləşərək Azərbaycanın xaricdə təbliğinin səmərəli təşkilini təmin etmək, şəbəkələşmə prosesini gücləndirmək, informasiya mübadiləsində, təbliğat işinin interaktiv həyata keçirilməsində gənclərimizə dəstək olmaq, onların problemləri ilə maraqlanmaq və onların operativ həll olunması üçün uyğun şərait yaratmaq, dövlət rəsmiləri ilə gənclərimizi bir araya gətirərək onlar arasında dialoqu təmin etmək, illərlə qazanılmış təcrübələrin bölüşdürülməsi üçün ortaq platforma qurmaq, eyni zamanda İtaliya-Azərbaycan münasibətlərinin inkişafı istiqamətində gənclərin fəallığını artırmaqdır.

Roma forumunda Azərbaycan Respublikası Prezident Adminstrasiyasının, Gənclər və İdman Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Təhsil Nazirliyinin, Dövlət Neft Fondunun, Strateji Araşdırmalar Mərkəzinin, Milli Məclisin, Azərbaycanın xarici ölkələrdəki diplomatik korpusunun nümayəndələri, o cümlədən bir çox dövlət rəsmilərinin iştirakı gözlənilir. İtaliyanın dövlət rəsmiləri və parlamentarilərinin, həmçinin bir çox media strukturlarının rəhbər heyətləri, biznes struktur rəhbərləri, ictimai xadimlər, İtalyan və Azərbaycan gənclər təşkilatlarının və müxtəlif sahələrdən olan qonaqların iştirakı nəzərdə tutulmuşdur.

Forumda Ermənistan-Azərbaycam Dağlıq Qarabağ münaqişəsi ətrafında real vəziyyət, danışıqlar prosesinin perspektivləri, insan kapitalı: geri dönən dəyərlər, KİV və ictimai diplomatiya vasitəsilə Azərbaycanın mövqeyinin təşviq edilməsi, Gələcəyə baxış: 2020 və müxtəlif mövzular üzrə çıxışlar olacaqdır.

Forum çərçivəsində Azərbaycan Gənclər Orkestrinin və İtaliyanın gənc musiqiçilərinin konserti olacaqdır.

Foruma müraciət üçün ərizə qəbulunun son tarixi 3 mart 2013-ci ildir. Foruma müraciət ərizəsini ASAIF-in internet səhifəsindən əldə edə bilərsiniz. Əlavə məlumat üçün www.asaif.org səhifəsinə daxil ola və ya +994504093361 (Bakı), +447864386443 (London) nömrələri ilə ASAIF-in sədri və katibliyi ilə əlaqə saxlaya bilərsiniz.


Forumda iştirak üçün zəruri şərt: Hal-hazırda xaricdə ali təhsil ocaqlarından birində təhsil alan və ya yenicə məzun olmuş azərbaycanlı gənclərə üstünlük veriləcək.
Forumun keçirilmə tarixi: 27 – 30 mart 2013
Forumun şüarı: “Mənim Azərbaycanım, Təhsilim, Gələcəyim” – “My Azerbaijan, Education, Future”
Zəruri sənədlər: Müraciət formasını doldurub romeforum@asaif.org elektron ünvanına göndərin.
Son müraciət tarixi: 3 mart 2013
Xərclər: Nəqliyyat – yol xərcləri və yaşayışla bağlı xərclər təşkilatçılar tərəfindən tam qarşılanır. Forumda iştirak haqqı yoxdur.

AZƏRFOTO ÜÇÜN - ASAIF PRESS

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS