Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

MÜHARİBƏ FOTOQRAFLARINI TANIYAQ: QORAN TOMAŞEVİÇ. SURİYADA 18 GÜN
21 dekabr 2012 | Çap üçün versiya | Dosta yolla |
Fotoreportyorluq. Kənardan bir çoxlaraına asan görünsə də bu sənətin də həyatı təhlükələr təşkil edən anları az deyil. Hər halda oxucularımız hazırki dünyamızın durumuna baxsalar qaynar nöqtələrdə həyatı təhlükələri baxımından bizləri gerçək görüntülərlə təmin edən fotoreportyorların durumlrından xəbərdar olarlar.

Bu il REUTERS agentliyinin 2012-ci ilin ən yaxşı fotoreportajarı arasında yer alan bir fotoreportyorunun Suriyadakı qaynar hadisələr barədə etdiyi 18 günlük fotoreportajından bəzi görüntülərlə sizləri baş-başa buraxırıq.
Qoran Tomaşeviç Yay olimpiya oyunlarını çəkmək üçün Londona yola düşmüşdü. Suriyadakı qaynar xəbərləri eşidər-eşitməz təyyarə biletini dəyişərək 2 günlük London gəzintisindən sonra hər saniyəsi öıüm olan Suriyaya gedir.

Qoran Tomaşeviç öz xatirələrində yazır: - "Foto müharibənin gerçəklərini olduğu kimi göstərməliydi. Buna görə də mən döyüşün içində olmalıydım. Ön cəbhədə olan əskərlərin üzündəki ifadələri sizlərə göstərməliydim. Nə yeyirlər, nə içirlər, nə edirlər və s.
Doğrudur bu etdiklərimin yüzdə-yüz həyati risk olduğunu bilirdim. Lakin hadisəni gerçəkdən olduğu kimi göstərmək istəyirdimsə orada mütləq olmalıydım."
Budur, həyatı risk alaraq həmkarımızın Hələbdən çəkdiyi danışan fotoları sizlərə təqdim edirik.
Xatırladaq ki, fotoların alt yazıları və reportajın orijinalını görmək istəyirsinizsə bu linkə baxın.

P.S. Qoran Tomaşeviç 1969-cu ildə Belqradda dünyaya gəlib. O 1996 cı ildəki məlum Miloşoviçə qarşı üsyanda Reuters üçün sərbəst fotoqraf olaraq çalışıb. Bundan sonra o İrak hadisələri zamanı Bağdadda, daha sonra Fələstin və İsrail hadisələri zamanı Qüdsdə, Misirdə fəaliyyət göstərib. Müharibə fotoqrafı kimi məşhurlaşan həmkarımız hazırda Suriyadan reportajlarını davam etdirir.
Xatırladaq ki, Qoran 2003 və 2005 - ci illərdə REUTERsin təqdim etdiyi ilin mükafatının sahibidir.

P.S.S.Qoranın dünyaca məşhur fotolarını izləmək üçün Googlenin bu linkinə baxmağınız kifayətdir.

Hazırladı: Ceyhun Abdulla/AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS