Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

2012-də DÜNYA FOTOREPORTYORLARI ƏN ÇOX HANSI FOTOAVADANLIQDAN İSTİFADƏ ETDİLƏR?
20 dekabr 2012 | Çap üçün versiya | Dosta yolla |
Hər il olduğu kimi ənənəsini unutmayan dünyanın ən məşhur informasiya agentliyi olan REUTERS bu il də 2012-ci ildə çəkilmiş ilin ən təsirli 95 fotosunu seçərək oxucularına təqdim etdi.

Bu il agentlik fotoların müəllifləri, onların istifadə etdiyi fototexniki avadanlıqlarla bərabər fotoların texniki xüsusiyyətlərini də yayımladı.

Yayımlanan statistikanı bir araya toplayanda isə ortaya maraqlı bir nəticə çıxır.

Beləliklə 2012-ci ildə dünyada mənfi və ya müsbət anları donduraraq tarixə düşmək səlahiyyəti qazanan fotoların ən çoxu Canon markalı fotoavadanlıq ilə çəkilib.

Onu da qeyd edək ki, bu heç də digər markalı fotoavadanlıqların yaxşı olmaması mənasına gəlmir.

Təcrubəmizdən yola çıxaraq deyə bilərik ki, keyfiyyətli və peşəkar avadanlıq işin təməl prinsiplərindən biri olsa da bəzən həvəskar fotoqrafların rastına çıxan qeyri-adi hadisələr çox vaxt tarixə məhz peşəkar olmayan və fərqli modellərdə olan fototexniki avadanlıqıarın köməyi ilə düşür.

Kənan Məcidov/AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS