Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

ELEKTRONİKANIN ALMAVARİ MACƏRALARI
17 sentyabr 2012 | Çap üçün versiya | Dosta yolla |
Həftənin xəbər icmalına nəzər yetidikdə tərəddüd etmədən deyirik ki, iPhone 5-in möhtəşəm təqdimatı gündəmə necə oturubsa, yeməyib-içməyib yalnız onu mədh etməklə, tənqid etməklə məşqul olduq. Telefonun mənsub olduğu şirkət öz işini necə qurub, çağdaş insanın damarını necə tapıbsa, nəinki diqqətləri, gözləri, beyinləri, düşüncələri də öz üzərinə cəlb edə bilib. Cibində sıçan oynayanından tutmuş, 4S-in hərraca qoyanına qədər hamının ürəyi bu müddət ərzində yalnız Alma ilə döyündü. Gecələr yuxusu ərşə çəkilən kim, yatıb yuxuda başına alma düşən kim. Eh, nə isə...
“Əşi, biz başqa idik eee” deyə başlayıb, keçid dövrünə düşdüyümüz üçün alayarımçıq yaşadığımız Sovet ab-havasını bəzəyə-bəzəyə təsvir etməkdən özümüzü saxlayaq.
Belə başlayaq:
...O vaxt hələ elektronika həyatımıza bu qədər hakım deyildi. Nə e-adresimiz vardı, nə e-kitabımız, nə e-jurnal oxuyurduq, nə e-qəzet, nə də üzünü görmədiyimiz e-dostalara sahib idik.
O vaxt biz hələ də ağ-qara ekranlardan gözümüzə axan «Gecəniz xeyrə qalsın, uşaqlar»la yatıb «Sabahın xeyir, Moskva» ilə oyanardıq.
Tətil günlərində «Elektronikanın macəraları»na baxardıq.
Proqressiv yüksəlişin o zamankı halına ballı-ballı, sevincək-sevincək “Do cheqo doşyol proqress?» deyərək şərqi söyləyən Seryoja bu günümüzü görsəydi yaqin mərsiyə deyərdi.
İşlərimiz asanlaşdıran, ünsiyyət imkanlarını artıran, məsafələri qısaldan e-həyat nələri aldı bizdən, nələri???
Bunun cavabını hamımız bilirik, lakin zaman dəyirmanına boşuna sinə gərən axmaq obrazı heç kimə lazım deyil.
Ən yaxşısı e-vasitə ilə yaxın keçmişə qayıdaq.
Aldı görək Seryoqa nə dedi:



Dəniz, AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS