Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

AZƏRBAYCANLI FOTOQRAFLAR NİYƏ MÜSABİQƏLƏRDƏ İŞTİRAK ETMİR?
16 sentyabr 2012 | Çap üçün versiya | Dosta yolla |
10-17 sentyabr tarixində Türkiyənin meqapolisində keçirilən "Dördüncü Yabancı Seyyahlar Gözüyle İstanbul" (İstanbul Photo Contest 2011) Beynəlxalq Fotoqrafiya müsabiqəsi başa çatdı. Taksim metrostansiyasının artqalereya salonunda keçirilən yarışmada 37 müxtəlif ölkədən 190 fotoqraf 950-yə yaxın fotoşəkillə iştirak etdi.

Birinci yeri rus mənşəli Anna Kosali, ikinci yeri italyan Lucio Asta, üçüncü yeri isə fransız Eris Teissedre qazandı. Qalib fotoqraflar bir həftəlik İstanbul tətili ilə təltif olundu.

Hər il olduğu kimi bu dəfə də müsabiqə sonrası foto analizlər aparıldı. Nətəcidə məlum oldu ki, əcnəbilərin gözündə İstanbul pişikləri öncəlik qazanıb. Daha sonra İstanbul metrosundan çəkilmiş fotolar üstünlük təşkil edib. İstanbula ən çox gələn əcnəbi iştirakçılar almanlar olub. Lakin buna rəğmən alman iştirakçılar qalib ola bilməyiblər. Maraqlı təhlillərdin biri də əcnəbi iştirakçılardan heç birinin türk mətbəxinə aid foto görüntü ilə iştirak etməmələri olub. Boğaz mənzərəli, köhnə küçələrdə türk insanlarının fərqli və rəngarəng görüntüləri çəkilən çoxluqlar arasındadır.

Müsabiqənin təşkilatçısı Nurdoğan Şengülərin dediyinə görə; “İstanbul artıq yüksək tarixi dəyərə malikdir. Dünyada görülməsi vacib olan şəhərlər arasında öncəlik daşıyır. Şəhərin özünəxas mistik enerjisi ona qonaq olan əcnəbiləri sanki sehrləyir. Hər ötən il iştirakçılarımızın sayının artması bizi çox sevindirir. Bu müsabiqə İstanbulun tanınmasında əhəmiyyət daşıyır. Hər il yenidən gündəmə gələn yarışmanın sayəsində xarici fotoqraflar fərqli baxış bucaqları ilə İstanbulun görüntülərini tarixə çevirirlər.”

Diqqətimizi çəkən diğər nüans Azərbaycan fotoqraflarının bu müsabiqədə iştirak etməməsi idi. Bu haqda maraqlandıqda Nurdoğan Şengüler bəy qeyd etdi ki, “Mən Azərbaycanı çox sevirəm. Lakin təəssüflə qeyd edirəm ki, müsabiqə keçirilməsi ilə bağlı internet saytlarımızda, sosial şəbəkələrimizdə reklamların yetərincə getməsinə baxmayaraq bu 4 il ərzində bircə Azərbaycan fotoqrafı da iştirakçımız olmayıb. Çox istərdik ki, azərbaycanlı sənətkarların gözü ilə də İstanbulu seyr edək.”

Növbəti il bu müsabiqədə iştirak etmək istəyən fotoqraflarımız bu ünvandan bilgilər əldə edə bilərlər:
www.istanbulphotocontest.com
www.facebook.com/IstanbulPhotoContest
www.facebook.com/1001PhotographersCom

Münsiflər iş başında.

AZƏRFOTO, İstanbul

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS