Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

Yunan-Roma güləşçiləri Macarıstanda 10 medal qazandı
26 mart 2012 | Çap üçün versiya | Dosta yolla |
23-25 mart 2012-ci il tarixdə Macarıstanın Doroq şəhərində yunan-Roma güləşi üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. 2012-ci il üçün nəzərdə tutulan təqvim planına əsasən yığma komandanın üzvləri bu turnirdə iştirak ediblər.
Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Rasim Ağayevin rəhbərliyi altında turnirdə 11 idmançı mübarizə aparıb. 16 ölkədən 170 güləşçinin mübarizə apardığı turnirdə pəhləvanlarımız 4 qızıl, 4 gümüş və 2 bürünc medal əldə ediblər. Qızıl medalları yığmamıza Mikayıl Rəhmanov (46 kq), Elnur Həsənov (50 kq), Kərim Cəfərov (54 kq) və Ruhin Mikayılov (63 kq), gümüş medalları isə Sənan Süleymanov (42 kq), Cavid Ələkbərzadə (58 kq), Şəmistan Quluzadə (69 kq) və Elməddin Ramazanov (76 kq) qazandırıb. Elgün Hüseynov (42 kq) və Sadiq Bağırov (69 kq) bürünc medalla, Hikmət Ağayev (50 kq) isə beşinci yerlə kifayətlənib.
Komanda hesabında turniri Macarıstan birinci, Azərbaycan ikinci, Ukrayna isə üçüncü sırada tamamlayıb.
Turnirdə uğurla çıxış edən komandamızın üzvləri aprel ayının 2-nə qədər Macarıstan yığma komandası ilə birgə təlim-məşq toplanışına qatılacaq

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS