Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

“KÜÇƏ FOTOQRAFLARI”, ONLAR KİMDİR?
8 sentyabr 2011 | Çap üçün versiya | Dosta yolla |
İlk öncə deməliyəm ki, orijinalda “street photography” adlanan bu sənət Azərbaycan dilində o qədər də gözəl səslənmir. Misal üçün bu sənətlə məşqul olan şəxs “street photographer” adlanır və bu bizim dilə “küçə fotoqrafı” kimi tərcümə olunur. Bəzən “mən küçə fotoqrafıyam” dedikdə səhv başa düşülmə ehtimalınız daha yüksəkdir.

Küçə fotoqrafiyası foto sənətinin ən çox sevilən növlərindəndir. Hətta fotonun bu növünə fotoqrafiyanın kuliminasiya nöqtəsi də deyənlər var. Küçə fotoqrafiyası hər gün həyatımızın bir parçasına çevrilməkdədir. “Street photography” küçələrdəki həyatın normal axışnı dondurub sükunətə çevirmə, o anı bir fotoda həbs edə bilmə sənətidir. Əgər bu sənətə marağınız varsa bu haqda bəzi məlumatları bilmənizdə fayda var:
Nə zaman çəkəcəyiniz bir gözəl anla qarşılaşacağınızı bilmədiyinizdən fotokamera hər zaman üzərinizdə olsun.

Mümkün olduqca kameranın çantasından istifadə etməməyə çalışın. Çünki siz kameranı çantasından çıxarana kimi artıq çox gec ola bilər.

Səbrli olmağa çalışın.Bəzən bir fotonu çəkmək üçün uzun müddət gözləməli olarsınız.

Mürəkkəb və heç bir məna daşımayan fotoları çəkməkdən qaçının. Kompozisiya quraraq foto çəkməyə çalışın. Təbii ki, əgər peşəkarlığınız buna imkan verirsə.

Foto çəkməyə çıxdıqda ilk öncə bir yer müəyyənləşdirin. Çəkməyə başlamadan öncə fotokameranı şəraitə uyğun olaraq hazırlayın. Daha çox ”M” (manual) modunda foto çəkməyə çalışın. Çünki bu peşəkarların yoludur. Doğrudur bu sizin üçün bir müddət çətin ola bilər, lakin zaman keçdikcə sizin üçün asan olacaq. Unutmayın ki, gecə çəkilişlərində “M” daima daha əlverişlidir.Eger “M” sizin üçün çətinlik yaradırsa,o zaman “P” modunda foto çəkin.Bu zaman siz hər şeyi fotokameranızın öhdəsinə buraxmış olacaqsınız.

Küçələrdə ən çox qarşılaşacağımız, yəni fotosunu çəkəcəyimiz əsas obyekt insandır. İnsanların daha çox olduğu yerlərdə foto çəkməyə çalışın. Bu küçədə tək duran bir adamın fotosunu çəkməkdən daha asandır. Çünki izdihamlı bir yerdə fotokameranızı birinə yönəltdikdə həmin şəxs onun yoxsa bir başqasının fotosunu çəkdiyinizi tam olaraq anlaya bilməyəcəyindən sizə qarşı hər hansı bir reaksiya göstərməz.
Yalnız insanı çəkmək küçə fotoqrafiyası sayılmır. Reklam panoları, Billboard`lar, Heykəllər daima küçə fotoqrafiyasının əsas ünsürlərindən olmuşdur. Bir Reklam panosunun qarşısında durmuş ve ya qarşısından keçən birini çəkmək hər zaman daha maraqlıdır. Çox vaxt bu cür çəkilişlərdə reklam panosundakı mövzu ilə insanın mövqeyi fotoda uyğunluq təşkil edir və beləliklə fotonun bir kompozisiyası olur.

Daima mövzu axtarışında olun. İşləyən bir fəhlə, dilənən bir dilənçi, gitara ifa edən bir musiqiçi, kitab oxuyan qoca, uşaqlar və bunlar kimi bir çox mövzu ilə küçədə qarşılaşa bilərsiniz. Küçədə foto çəkmək üçün düşündüyünüzdən də çox mövzu var. Hər zaman əsas obyekt insan olmur. Bəzən küçədə qarşınıza çıxan maraqlı bir çox detal da sizin fotonuzun mövzusu ola bilər.

Mümkün olduqca çox foto çəkin amma mümkün qədər sosial şəbəkələrdə az foto paylaşın. Əgər 100 foto çəkmisinizsə bunun hamısını paylaşmağa çalışmayın. Bunun əvəzinə ən yaxşı 5 fotonu seçin və onları paylaşın.

Küçə fotoqrafiyasında ən çox ağ-qara fotolara üstünlük verilir. Ted Grantın dediyi kimi Rəngli foto çəkdikdə insanların geyimlərini amma ağ-qara çəkdikdə isə onların ruhlarınn fotosunu çəkmiş olursunuz.

Fotolarınızı kamera ayarlarından “Monochrome” edərək və yaxud da sonradan kompyuterinizdəki redaktə proqramı vasitəsilə ağ-qara edə bilərsiniz. Əgər fotolarınızda qeyri-adi bir rəngarənglik yoxdursa ağ-qara edin.

Küçə fotoqrafiyasında əlinizdə olan hər hansı bir fotokameradan istifadə edə bilərsiniz. Küçə fotoqrafiyasında flash, tripod ve s. kimi əlavə təchizata ehtiyac duyulmur.
Sırf bu işlə məşqul olan bir çox insan Leica M9 kimi “rangefinder” tipli kameralardan istifadə edirlər. Bundan başqa Fujifilm, Olympus kimi markaların da bu iş üçün əlverişli modelləri var. Əgər DSLR tipli bir fotokameranız varsa sizin üçün ən ideal obyektivlər 24mm, 35mm və 50mm-dir (bəzən də 85mm). Daha tez fokuslamaları, geniş görmə bucağına malik olmaları və “aperture” (diofraqma) böyüklüyü bu obyektivləri daha əlverişli edən əsas amillərdir. Əlbəttə “zoom” obyektivlərdən istifadə edən bir çox küçə fotoqrafları da mövcuddur. Bu obyektivlərin əlverişli cəhəti obyektə yaxınlaşmadan uzaqdan foto çəkə bilməkdir. Mənfi cəhətlər kimi isə görmə bucağının dar olmasını (əsasən də “telephoto zoom” obyektivlərdə), daha kiçik “aperture” (4-5, 6 kimi) və ən əsası obyektivin özünün böyük olmasını göstərmək olar. Unutmayaq ki, kamera və Obyektiv nə qədər kiçik olsa o qədər az gözəçarpan olarsınız.


Ardı var...

photo by Julien Legrand

photo by Thomas Leuthard

photo by Umberto Verdoliva

Vüqar Sevdimali/Azerphoto.com

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS