Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

“TransCaspian” 10-cu Yubiley Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika Sərgisinin mətbuat konfransı keçirildi
15 iyun 2011 | Çap üçün versiya | Dosta yolla |
16-18 iyun tarixlərində Azərbaycanda “Bakı Ekspo” sərgi mərkəzində “TransCaspian” 10-cu Yubiley Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika Sərgisi keçiriləcək. Nəqliyyat sahəsində bu sərgi ənənəvi olaraq nəqliyyat infrastrukturunun vəziyyəti haqqında düzgün təsəvvür yaradan ilin əsas hadisəsi hesab olunur. Keçirildiyi illər ərzində bu sərgi regionun nəqliyyat sənayesi üçün yenilikçi texnologiya və avadanlıqların nümayiş etdirilməsi, yeni nümayəndəliklərin açılması və birgə müəssisələrin təsis edilməsinə şərait yaradan ən mühüm nəqliyyat forumuna çevrilmişdir. Sərgi təsis edildiyi gündən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir və “TRASEKA” ilə sıx əməkdaşlıq edir. Sərginin təşkilatçıları “ITE Group PLC” və onun Qafqazdakı tərəfdaşı “Iteca Caspian LLC” şirkətləridir.

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS