Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

“Caspian Oil and Gas” - 18-ci Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Sərgi və Konfransından 1-ci reportaj
8 iyun 2011 | Çap üçün versiya | Dosta yolla |
Xəzəryanı regionun neft və qaz sahəsində ən böyük tədbir sayılan “Caspian Oil and Gas” - 18-ci Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Sərgi və Konfransı bu ilin 7-10 iyun tarixlərində, “Bakı Ekspo” sərgi mərkəzində keçirilir. Dövlət strukturları tərəfindən xüsusi diqqət və dəstək göstərilən bu tədbir neft-qaz sənayesinin problemlərini müzakirə etmək, habelə neftin və qazın hasilatı və emalı sahəsində əldə olunmuş ən yeni nailiyyətləri nümayiş etdirmək üçün hər il dünya neft sektorunun mütəxəssislərini və əsas iştirakçılarını bir araya gətirir. Hər il sərginin təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin iştirak etməsi isə bu tədbirin yüksək statusunu daha da möhkəmləndirir.

Ənənəvi olaraq, “Caspian Oil and Gas” (Xəzər Neft-Qaz) layihəsinə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən də dəstək verilir. Artıq altıncı ildir ki, sözügedən sərgi beynəlxalq səviyyəli “UFI” - Ümumdünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən təsdiq edilir. “UFI tərəfindən təsdiq olunub” keyfiyyət nişanı sərgilərin bütün beynəlxalq standartlara cavab verdiyini sübut edən göstəricidir.

Bu il sərgi “İlin Brendi №1 – Azərbaycanda Sərgilər” nominasiyasında “Brand Award Azerbaijan 2010” mükafatı ilə təltif olunub.

Ceyhun Abdulla/AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS