Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

“Caspian Power” 1-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisinin mətbuat konfransı keçirildi
6 iyun 2011 | Çap üçün versiya | Dosta yolla |
Bu ilin 7-10 iyun tarixlərində, ilk dəfə olaraq, Azərbaycanda enerji sənayesi nailiyyətlərinin nümayiş etdirilməsi sahəsində Xəzər regionunda yeganə ixtisaslaşdırılmış tədbir - “Caspian Power” 1-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisi keçiriləcək. Böyük Britaniyanın “ITE Group PLC” şirkəti və onun Qafqazdakı tərəfdaşı “Iteca Caspian” şirkəti bu tədbirin təşkilatçıları qismində çıxış edirlər. Sözügedən sərgi “ITE Group” şirkətinin energetika üzrə aparıcı tədbirlərinin siyahısına daxildir və müəyyən sahə üzrə ixtisaslaşan şirkətlər arasında özünü təsdiq etmiş brend sayılır. Azərbaycanda energetika sahəsinin dinamik inkişafı, regiona investorların artan ümumi marağı, Azərbaycan müəssisələrində ən yeni avadanlıq və texnologiyaların tətbiqi və istifadəsinin geniş perspektivləri, həmçinin alternativ enerji mənbələrinin inkişaf perspektivləri Beynəlxalq “Caspian Power” Sərgisinin təşkil olunmasına təkan vermişdir.

Beləliklə, “Caspian Power 2011” sərgisi energetika texnologiyaları sahəsində fəaliyyət göstərən beynəlxalq şirkət və istehsalçıları bir meydançada toplayacaq. Sərginin əsas bölmələri bunlardır: energetika və elektrotexnika, alternativ enerji mənbələri; enerjiyə qənaət və enerjinin səmərəliliyi; kabel-keçirici məhsullar və işıqlandırma. Təşkilatçılar ümid edirlər ki, “Caspian Power” sərgisində təqdim ediləcək ən yeni texnika və texnologiyalar yeni energetika layihələrində uğurla tətbiq ediləcək və bu sahənin inkişafına yeni impuls verəcəkdir.

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS