Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

Azercell Azərbaycanda ilk dəfə unikal Naviqasiya xidmətini təqdim edir
16 mart 2011 | Çap üçün versiya | Dosta yolla |
Bakıda bü gün başlayan AutoShow sərgisində Azercell Telekom MMC Naviqasiya xidmətini təqdim edir. Bu proqramın köməyilə mobil telefon abonent üçün həm də fərdi bələdçiyə çevrilir. Belə ki, xəritədə istənilən yerə getmək, bu yerin ünvanını və xəritədə yerləşməsini asanlıqla tapmaq mümkündür.
Naviqasiya xidmətini işə salmaq üçün sadəcə müvafiq proqram təminatını telefona yükləmək lazımdır. Bundan sonra abonent harda olursa-olsun, onun yerləşdiyi məkan telefondakı elektron xəritə üzərində göstərilir. Bu zaman həmin yerin ətrafındakı bütün məntəqələr (küçələr, kafelər, restoranlar, banklar, mağazalar və s.) də xəritədə əks olunur.
Abonent getmək istədiyi yeri proqramda göstərməklə həmin məkana qədər olan ən əlverişli yolu seçə bilir. Bundan başqa, Naviqasiya xidməti ətraf yollar barədə də məlumatı istifadəçiyə təqdim edir. Tıxaclar, təmir və ya digər səbəblərdən bağlanmış yollar barədə məlumat birbaşa mobil telefonun ekranında göstərilir. Naviqasiya xidməti çərçivəsində bu cür məlumatların hamısı daim yenilənir. Xidmət həm fərdi avtomobil sahibləri, həmçinin də şirkət və təşkilatlar tərəfindən avtoparkı idarə etmək üçün çox böyük imkanlar təqdim edir.
Azercell abonentləri proqramı əldə etmək üçün 9886 nömrəsinə boş SMS göndərə bilər. Azercell Fakturalı Xətt abonentləri üçün bu SMS-in qiyməti 0,05 AZN (ƏDV xaric), SimSim abonentləri üçün 1 kontur təşkil edir. Naviqasiya xidmətindən 30 günlük istifadəyə görə lisenziya haqqı Azercell Fakturalı Xətt abonentləri üçün 6 AZN (ƏDV xaric) , SimSim abonentləri üçün 2500 konturdur.
Qeyd edək ki, bu unikal xidmət Azercell tərəfindən CaspianNavTel şirkəti ilə birgə təqdim edilir. Xidmət haqqında əlavə məlumat üçün mobil telefondan 6986 qısa nömrəsinə zəng etmək olar.

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS