Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

“Aydınlıga dogru” ictimai birliyi "Ziyalı ünsiyyəti" çərçivəsində yeni görüş keçirir
15 mart 2011 | Çap üçün versiya | Dosta yolla |
“Aydınlıga dogru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi “Ziyalı ünsiyyəti” çərçivəsində görüşlərini davam etdirir. Bu çərçivədən növbəti görüşün qonagı çoxşaxəli fəaliyyət dairəsinə malik tanınmış rəssam Elçin Aslanovdur. Novruzun tarixi köklərinə, onun mahiyyətinə həsr olunan tədbirdə rəssamın bu sahədə araşdırmalarından danışılacaq, Novruz mövzusunda neominiaturlərindən ibarət slaydlar nümayiş etdiriləcək. Eyni zamanda Novruz fəlsəfəsinə astronomik və dini baxışlar nəzərdən keçiriləcək, Novruz simvollarının əsil mahiyyəti və onların özündə ehtiva etdiyi mənalar açıqlanacaqdır.
Tədbirdə tanınmış rəssamla bərabər yazıçı-dramaturq Əli Əmirli, tənqidçi Aydın Talıbzadə, tarixçi-alimlər Fəzail Vəliyev və Ələkbər Ələkbərov, etnoqraf Sabirə Dünyamalıyeva, ilahiyyatçı Ağa Hacıbəyli iştirak edəcək, Novruzun mahiyyəti ilə bağlı fikir və mülahizələrini söyləyəcəklər.
Tədbir 18 mart saat 15:00-da GRBS Beynəlxalq Tədris Mərkəzində keçiriləcəkdir. Sizi bu tədbirə dəvət edirik!

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS