Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

7-ci Beynəlxalq Avtomobil Sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi
15 mart 2011 | Çap üçün versiya | Dosta yolla |
Bu gün satt 12:00 da Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində VII Azərbaycan Beynəlxalq Avtomobil Sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda çıxış edən İteca Caspian LLC-nin direktor müavini cənab Bəhruz Hidayətzadə bildirdi ki 7-ci Azərbaycan Beynəlxalq Avtomobil və 4-cü Azərbaycan Beynəlxalq Ehtiyyat Hissələri, Aksessuarlar və Xidmət Avadanlıqları sərgiləri avtomobil həvəskarlarının çoxdan gözlədiyi hadisədir. Onun sözlərinə görə bu sərgidə iştirakçılar yeni modellərlə tanış olacaq və dilerlərlə birbaşa ünsiyyət qurub qarşılıqlı məsləhətləşmələr aparmaq imkanına sahib olacaqlar. Çıxışının sonunda sərginin təşkilində dəstəyinə görə Nəqliyyat Nazirliyinə, Baş Dövlət Yol Polis İdarısinə və Sahibkarlar Təşkilatları Milli Konfederasiyasına təşəkkürünü bildirdi.
Daha sonra çıxış edən AvtoShow Sərgisinin Meneceri cənab Babək Amaşov bildirdi ki sərgidə 14 ölkədən 105 şirkət iştirak edəcək və sərginin açıq sahəsində maraqlananlar üçün test drive imkanı yaradılacaq
Mətbuat konfransının sonunda jurnalistlərin sualları cavablandırıldı.

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS