Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

Monitorinqlər davam etdirilir
3 sentyabr 2010 | Çap üçün versiya | Dosta yolla |
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı

Bakının Xəzər rayonunda

- Mərdəkan qəsəbəsində, S.Yesenin küçəsi, ev 98A ünvanında yerləşən “Elit market”də;
- Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, ev 92 ünvanında yerləşən “Abşeron market”də;
- Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, 62 ünvanında yerləşən “Rəfi market”də;
- Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 8/12 ünvanında yerləşən “De Luxe market”də;
Yasamal rayonunda
- H.Cavid prospekti, 546-cı məhəllə, mənzil 202 ünvanında yerləşən “Kazbek market”də;
- H.Zərdabi prospekti, 3153-cü məhəllədə yerləşən “Universal Ləzzət supermarket”də;
- Naxçivani küçəsi, 14 ünvanında yerləşən “Qurman market”də;

Səbail rayonunda

- R.İsgəndərov küçəsi, ev 2, mənzil 2 ünvanında yerləşən “Mozayka market”də;
- Q.Abbasov küçəsi, 54 ünvanında yerləşən “Manuçehir market”də;
Nəsimi rayonunda
- Azadlıq prospekti, 103 ünvanında yerləşən “Proqres market”də;
- H.B.Əliyev küçəsi, 40 ünvanında yerləşən “Xəzər market”də;
- 2-ci mikrorayon, H.B.Əliyev küçəsi, ev 15 ünvanında yerləşən “Sultan Əhməd mini market”də;
- V.Plotnikov küçəsi, ev 8 ünvanında Rövşən Abbasova məxsus mağazada;
- A.Məhərrəmov küçəsi, 20A ünvanında Vilayət Məmiyevə məxsus mağazada;
- A.Məhərrəmov küçəsi, ev 64 ünvanında yerləşən “Ucuz market”də;

Nərimanov rayonunda

- Ü.Bünyadzadə küçəsi, 17 ünvanında yerləşən “Makro market”də;
Kürdəmir şəhərində
- Vaqif küçəsində Adil Aliyevə və Mehman Əhmədova məxsus mağazalarda;
Balakən şəhərində
- S.Gözəlov küçəsində yerləşən “Orxan” mağazasında;
- H.Əliyev prospektində yerləşən “İnter-market”də;
Quba şəhərində
- Bazar ərazisi, 22-ci məhəllədə Mövlüd Əliyevə məxsus mağazada;

Gəncə şəhərində

- Z.Tağıyev küçəsi, ev 89 ünvanında yerləşən “Rəşid market”də;
- Ə.Əliyev küçəsi, ev 86 ünvanında Esmira Məmmədovaya məxsus mağazada;
Lənkəran şəhərində
- Bakı-Astara şossesində Elnur Talıbova məxsus mağazada;
ümumi çəkisi 512 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, tamlı məhsullar, dənli məhsullar, un məmulatları, konservləşdirilmiş məhsullar, uşaq yeməkləri, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04
nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS