Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Azad Rəhimovun Meksika Birləşmiş Ştatlarına səfər etmişdir
25 oktyabr 2010 | Çap üçün versiya | Dosta yolla |
Cari ilin 19-25 oktyabr tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov və Azərbaycanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Meksikanın Akapulko şəhərində keçirilən Milli Olimpiya Komitələri Assosiasiyasının XVII Assambleyasında iştirak etmək üçün Meksikada səfərdə olmuşlar. Assambleyanın açılışında Meksika Prezidenti Felipe Kalderon İnoxosa iştirak etmişdir.
Tədbir çərçivəsində əsasən, Rusiyanın Soçi şəhərində keçiriləcək Qış Olimpiya Oyunları, 2012 və 2016-cı illərdə keçiriləcək Yay Olimpiya Oyunlarının təşkilati məsələləri, o cümlədən cari ildə Sinqapurda keçirilmiş Gənclərin Yay Olimpiya Oyunlarına dair hesabat dinlənilmiş və 2018-ci ildə keçiriləcək növbəti Qış Olimpiya Oyunlarının təşkilati məsələləri və irəli sürülmüş namizədliklər (Almaniya – Münxen, Fransa – Ansi, Pheçhan – Cənubi Koreya) nəzərdən keçirilmişdir. Assambleyanın toplantıları zamanı, həmçinin qadın idmanının inkişafı və qadın idmançıların inzibati vəzifələrə cəlb edilməsi kimi məsələlər müzakirə edilmişdir.
Qeyd etmək lazımdır ki, Milli Olimpiya Komitələrinin Assambleyasında, ilk dəfə olaraq beynəlxalq gənclər siyasəti və milli idman sahələrinin inkişafına təkan vermək məqsədi ilə Nazirliklər və Beynəlxalq Olimpiya Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Azərbaycanın Gənclər və İdman Naziri A.Rəhimov Assambleya çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Jak Roq, Olimpiya Oyunlarının Direktoru Cilbert Felli, o cümlədən Əlcəzair və Səudiyyə Ərəbistanı Krallığının Gənclər və İdman Nazirləri ilə ikitərəfli görüşlər keçirmişdir. Aparılmış müzakirələr zamanı, idman və gənclər siyasəti sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair qarşılıqlı maraq kəsb edən məsələlər nəzərdən keçirilmişdir.
Assambleya çərçivəsində Rusiyanın Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukovun təşəbbüsü ilə MDB və Baltik ölkələrinin Milli Olimpiya Komitələri rəhbərlərinin iştirakı ilə toplantı keçirilmişdir. Toplantı zamanı, idman sahəsində əməkdaşlıq və MDB və Baltika ölkələri çərçivəsində müvafiq koordinasiya orqanının bərpa edilməsi məsələləri müzakirə edilmişdir.
Nazir A.Rəhimov, oktyabr ayının 25-də Mexiko şəhərində Meksikanın Bədən Tərbiyəsi və İdman Komitəsinin Baş Direktoru Bernardo de La Garza ilə görüşmüşdür. Görüş zamanı, ölkələrimiz arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlıq perspektivləri, qarşılıqlı tələbə mübadiləsi, dostluq yarışlarının, həmçinin müxtəlif idman növləri üzrə milli yığma komandaların birgə məşq toplantılarının təşkili kimi məsələlər müzakirə edilmişdir.
Azərbaycanın dünya miqyasında idman ölkəsi kimi tanındığı və bir sıra idman növlərinin xüsusən inkişaf etdiyini vurğulayan Nazir A.Rəhimov, əsasən milli idman növü sayılan güləş, o cümlədən boks, dzüdo sahələrində Azərbaycan idmançılarının uğurlarını qeyd etmiş və ölkəmizin bu istiqamətdə Meksika ilə təcrübə mübadiləsi və əməkdaşlığa hazır olduğunu bildirmişdir.
Tərəflər, idman və gənclər siyasəti sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə anlaşma memorandumun imzalanması üçün müvafiq danışıqların başlanmasını məqsədəuyğun hesab etmişlər.
Görüşdə, Azərbaycanın Meksikadakı Səfiri İlqar Muxtarov iştirak etmişdir.
Azərbaycan Respublikasının İdman və Gənclər Naziri Azad Rəhimovun Meksikaya səfəri başa çatmışdır.



AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS