Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

Futbol üzrə Azərbaycan-Türkiyə oyunu hər kəsi təəccübləndirib
13 oktyabr 2010 | Çap üçün versiya | Dosta yolla |
Azərbaycanın ilk ev sahibliyi etdiyi Avro 2012-nin seçmə mərhələsi Azərbaycan - Türkiyə arasında keçirildi.
Oyunun qalibi Azərbaycan milli komandası olub. 38-ci dəqiqədə Rəşad Sadıqovun künc zərbəsi qarşısıalınmaz olub: 1-0.

Beləliklə AVRO 2012 seçmələri üçün Azərbaycan ilk xallarını qardaş Türkiyədən alıb. Türkiyə isə artıq ikinci məğlubiyyətlə vəziyyətini daha da ağırlaşdırıb. Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink qeyd edib ki, Azərbaycan bu oyunda nümayiş etdirdiyi performansı bundan sonrakı oyunlarda da göstərsə uğurlu nəticə əldə edə bilər. Onu da deyib ki, "İstəyim Azərbaycan millisinin digər rəqiblərimizi də büdrətməyi bacarmasıdır".

Bir neçə Türkiyəli futbol azarkeşləri isə, oyundan sonra qəzəblənərək yazdıqları qardaşlıq və bərabərlik pankartlarını yırtıblar.

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS