Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

Keyfiyyətsiz duz istehsalı və satışının qarşısı alındı
15 sentyabr 2010 | Çap üçün versiya | Dosta yolla |
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keyfiyyətsiz duzların satışının qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir.

Satışda olan duzların laborator müayinəsi zamanı Abşeron rayonu, Saray qəsəbəsində Taleh Quliyevə məxsus istehsalat sahəsində istehsal olunmuş yodlaşdırılmış xörək duzunun tərkibində yodun miqdarının normadan və etiket göstəricisindən az olduğu müəyyən edilmişdir.

Bununla əlaqədar, sahibkar Taleh Quliyevə məxsus istehsalat sahəsində duz istehsalı və satışının qanunauyğunluğu ilə bağlı aparılmış yoxlama zamanı duz istehsalında mənşəyi bəlli olmayan xammaldan istifadə edildiyi, sellofanpaketdə qablaşdırılmış “Xan” adlı ekstra yodlaşdırılmış duzun üzərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi və üzərində Azərbaycan dilində markalanmanın olmadığı, məhsulun qablaşdırılmasında uyğunluq və gigiyenik sertifikatları olmayan bükmə materiallarından istifadə olunduğu müəyyən edilmişdir.

Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar, istehsal edilmiş 1,4 ton duzun satışının dayandırılması və bu duzların ticarət şəbəkəsindən geri yığılması, mənşəyi bəlli olmayan 23 ton xammaldan və uyğunluq və gigiyenik sertifikatı olmayan bükmə materiallarından istifadənin qadağan edilməsi, istehsalat sahəsində duz istehsalı və satışının dayandırılması barədə sahibkar Taleh Quliyevə icrası məcburi göstəriş verilmişdir.
Araşdırmalar davam etdirilir.

Antiinhisar Siyasəti və İstehlakçı
ların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara Abşeron rayonu, Saray qəsəbəsində Taleh Quliyevə məxsus istehsalat sahəsində istehsal olunmuş xörək duzunu almamağı tövsiyə edir.

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS