Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

Sərbəst güləş yığmamız ikinci, yunan-Roma güləşi yığmamız üçüncü oldu
14 sentyabr 2010 | Çap üçün versiya | Dosta yolla |
Moskvada keçirilən dünya çempionatı başa çatıb. Çempionatın son günündə sərbəst güləş üzrə 66, 74 və 120 kq çəki dərəcələrində pəhləvanlar mübarizə aparıb.

66 kq - Cəbrayıl Həsənov ardıcıl olaraq Vladimir Gotisan (Moldova) (4:1, 1:0), Deyan Mitrov (Makedoniya) (2:0, 6:0), Henrix Barns (CAR) (7:0, 7:0) ilə görüşdən tam üstünlüklə ayrılıb. Yarımfinalda hindistanlı Kumar Suşil ilə görüşdə məğlub olan Cəbrayıl bürünc medal qazanmaq uğrunda mübarizə aparmalı olub. Monqolustanlı Barzoiq Buyanjavla görüşdən (2:1, 3:0) qalib ayrılan təmsilçimiz komandamıza ümumi hesabda yeddinci medalı qazandırıb.

Beləliklə, başa çatan dünya çempionatında sərbəst güləş üzrə yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Komanda hesabında 42 xal toplayan yığmamız Rusiyadan (66 xal) sonra ikinci yeri tutub. Kuba pəhləvanları 37 xalla üçüncü olub.

Fərdi nəticələr:

Qızıl medal

Həsən Əliyev (60 kq) - yunan-Roma güləşi

Xetaq Qazyumov (96 kq) - sərbəst güləş

Gümüş medal

Yuliya Ratkeviç (55 kq) - qadın güləşi

Toğrul Əsgərov (55 kq) - sərbəst güləş

Bürünc medal

Vitali Rəhimov (66 kq) - yunan-Roma güləşi

Zəlimxan Hüseynov (60 kq) - sərbəst güləş

Cəbrayıl Həsənov (66 kq) - sərbəst güləş

Komanda hesabı

Yunan-Roma güləşi üzrə

1. Rusiya

2. Türkiyə

3. Azərbaycan

Sərbəst güləş üzrə

1. Rusiya

2. Azərbaycan

3. Kuba

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS