Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

Gəncədə yeniyetmə yunan-Roma güləşçilərinin mübarizəsi başa çatıb
30 avgust 2010 | Çap üçün versiya | Dosta yolla |
Helsinki Olimpiadasının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə yeniyetmə sərbəst və yunan-Roma güləşçiləri arasında Respublika turnirinə vəsiqə uğrunda regionlar üzrə təsnifat yarışları davam edir.

AGF-nin 7 saylı nümayəndəliyində yunan-Roma güləşçiləri mübarizə aparıb. Gəncə Olimpiya İdman Kompleksində keçirilən təsnifat yarışlarında yunan-Roma güləşi üzrə 95 pəhləvan iştirak edib.

Yunan-Roma güləşi yarışlarında Əli Həsənov (42 kq, Qazax), İzzət Süleymanov (46 kq, Gəncə), Yadigar Mövlayev (50 kq, Goranboy), Tural Hüseynov (54 kq, Şəmkir), Mehman Rzazadə (58 kq, Qazax), Elmir Məmmədov (63 kq, Gəncə), Musa Hümbətov (69 kq, Şəmkir), Ayxan Səfərov (76 kq, Gəncə), Etibar Məmmədov (85 kq, Gəncə), Taleh İsmayılov (100 kq, Gəncə) qalib olublar.

7 saylı nümayəndəlikdə sərbəst güləş yarışları isə, 12-13 sentyabrda baş tutacaq.

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS