Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

Yeniyetmələrin təsnifat yarışları: 5 saylı nümayəndəlik
28 avgust 2010 | Çap üçün versiya | Dosta yolla |
Helsinki Olimpiadasının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə yeniyetmə sərbəst və yunan-Roma güləşçiləri arasında Respublika turnirinə vəsiqə uğrunda regionlar üzrə təsnifat yarışları davam edir.

Bu dəfə AGF-nin 5 saylı nümayəndəliyinin pəhləvanları öz aralarında ən güclüləri müəyyən ediblər. İsmayıllı Olimpiya İdman Kompleksində keçirilən təsnifat yarışlarında sərbəst güləş üzrə 82, yunan-Roma güləşi üzrə 66 pəhləvan iştirak edib.

İki gün davam edən sərbəst güləş yarışlarında Vüqar İsayev (42 kq, Göyçay), İlqar Məmmədov (46 kq, Oğuz), Röyal Eyyubov (50 kq, Göyçay), Nazim Abdullayev (54 kq, Göyçay), Elnur Həmzəyev (58 kq, İsmayıllı), Amal Salauzadə (63 kq, Oğuz), Rövşən Hacıyev (69 kq, Ağdaş), Ruhin Cavadov (76 kq, Göyçay) bütün rəqiblərindən üstün olublar. 85 və 100 kq çəki dərəcələrində isə mübarizəyə qatılan olmayıb.
Yunan-Roma güləşi yarışlarında isə, Elşad Məmmədov (42 kq, Kürdəmir), İlkin Quliyev (46 kq, Kürdəmir), Kamal Məmmədli (50 kq, Göyçay), Röyal Quliyev (54 kq, Kürdəmir), Nicat Həşimli (58 kq, Kürdəmir), Əli Həsənov (63 kq, Göyçay), İbrahim Balabəyov (69 kq, Göyçay), Hüseyn Məmişzadə (76 kq, Göyçay), Kənan Vəliyev (85 kq, Göyçay), Əli Həsənov (100 kq, Göyçay) qalib olublar.

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS