Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

Satışda yararsız mallar aşkarlanıb
24 avgust 2010 | Çap üçün versiya | Dosta yolla |
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində
- 1595-ci keçiddə yerləşən “Orxan market”də;
- 1594-cü keçiddə yerləşən “Orxan market”də və Güloğlan Həsənova məxsus mağazada;
- B.Niftəliyev küçəsində Nərminə İsayevaya məxsus mağazada;
- 28 may küçəsində Nəriman İsmayılova məxsus mağazada;
- İ.Nəbiyev küçəsində yerləşən “Xan bağı market”də;
- 1596-cı keçiddə yerləşən “Amil market”də və Vaqif Dadaşova məxsus mağazada;
- Ticarət cərgəsində yerləşən “Rza market”də;

Gəncə şəhərində
- D.Qorqud və “Azərbaycan əsgəri” küçələrində Gəncə şəhər Kooperativ Cəmiyyətinə məxsus mağazalarda;

Tərtər rayonunda
- H.Əliyev prospektində Aygün İmanovaya məxsus mağazada;

ümumi çəkisi 170 kq olan saxlama müddəti ötmüş ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.
Dövlət Xidməti tərəfindən tikinti materialları bazarında da nəzarət tədbirləri davam etdirilir. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Ağasəf Kazımova məxsus tikinti materialları mağazalarında aparılan yoxlama zamanı 2,4 ton normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan sement aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS