Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

İlk olimpiya mükafatçımızın xatirə turnirinə təsnifat yarışları
20 avgust 2010 | Çap üçün versiya | Dosta yolla |
Avqustun 21-dən Helsinki Olimpiadasının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə yeniyetmə sərbəst və yunan-Roma güləşçiləri arasında Respublika turnirinə vəsiqə uğrunda regionlar üzrə təsnifat yarışları start götürür. 29 günlük marafonda AGF-in bütün 8 bölgəsi (Bakı, Sumqayıt, Şamaxı, Lənkəran, Göyçay, Yevlax, Gəncə və Naxçıvan MR) mübarizə aparacaq. İdmançılar regionlarda keçiriləcək yarışların nəticələrinə əsasən təyin olunmuş norma üzrə Respublika turnirinə buraxılacaq.

Təsnifat yarışları Yevlaxda 21-23 avqust, Göyçayda 24-26 avqust, Gəncədə 27-29 avqust, Lənkəranda 30 avqust-3 sentyabr, Naxçıvanda 4-5 sentyabr, Şamaxıda 4-6 sentyabr, Sumqayıtda 7-8 sentyabr, Bakıda isə 16-19 sentyabrda baş tutacaq. Proqrama əsasən, öncə güləş xalçası üzərinə sərbəst, sonra yunan-Roma güləşçiləri çıxacaqlar.

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS