Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

Güləşçilərimiz Sinqapur Olimpiadasında 4 qızıl, 1 gümüş medal qazanıb
18 avgust 2010 | Çap üçün versiya | Dosta yolla |
Sərbəst güləş üzrə Kənan Quliyev (54 kq) əvvəlcə kubalı Yerzon Hernandes üzərində (3:1) qələbə ilə başladı. Sinqapur təmsilçisi Kester Çun Yue Lyunq (4:0) və Avstraliya idmançısı Jayden Lourensə (4:0) qalib gələrək finala yüksələn Kənan Quliyev finalda Yaponiyadan olan Yuki Takahaşı ilə qarşılaşdı. Bu görüşdə uduzan təmsilçimiz gümüş medala sahib oldu.


Digər təmsilçimiz Ali Maqomedabirov (100 kq) ilk görüşdə Monqolustan təmsilçisi Oyunbold Enxtunqsu (3:1), daha sonra Gürcüstan idmançısı Geno Petriaşvilini (3:0), Amerika Samoasının idmançısı Manuolefoaqa Sualevaini (4:0) məğlub edərək finala vəsiqə qazandı. Qızıl medal uğrunda Kuba təmsilçisi Abraham de Jesus Konyedo Ruano ilə mübarizədən də (1:0, 1:0) qalib ayrılan Ali Maqomedabirov qızıl medal qazandı.


Beləliklə, yeniyetmələrin ilk Yay Olimpiya Oyunlarında güləş yarışları başa çatıb. Güləşçilərimiz ümumilikdə 4 qızıl, 1 gümüş medal qazanaraq Olimpiadanı başa vurublar. Digər qızıl medalları müvafiq olaraq yunan-Roma güləşçiləri Murad Bazarov (42 kq), Elman Muxtarov (50 kq) və qadın güləşçimiz Patimat Baqomedova (52 kq) qazanıb.


Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərovun yeganə azərbaycanlı olaraq görüşləri yüksək səviyyədə idarə etməsi də təşkilatçılar və FİLA rəsmiləri tərəfindən yüksək qiymətləndirilib.

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS