Ana səhifə Haqqımızda  
  Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr

GÜNÜN FOTOSU



Azərbaycan DYP əməkdaşı "iş başında".

Həvəskar fotoqrafın çəkdiyi bu görüntü son günlər internetdə ən çox izlənənlər sırasındadır.

AZƏRFOTO

 Başqa fotolar

XƏBƏR RUBRİKALARI

XƏBƏRİN OLSUN

 
Abünə olmaq
İmtina etmək

BAKIDA HAVA NECƏDİR?

Hazirda: 32°C
Külək: Cənub
Xoş və Təmiz
The Weather Channel

BİZİMLƏ ƏLAQƏ

Ad, Soyad:
Telefon:
Email:
Mövzü:
İsmarıc:

NAİLİYYƏT

Netty 2007 Winner



“Avto Baku in Gründüng Ltd” MMC-yə avtomobil ehtiyat hissələrinin idxal edilməsi qadağan edilmişdir
29 iyul 2010 | Çap üçün versiya | Dosta yolla |
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları məhsulların satışı zamanı istehlakçıların və dövlətin qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərini qorumaq, məhsulların keyfiyyəti, insanın həyatı, sağlamlığı və ətraf mühitin təhlükəsizliyi sahələrində tələblərin pozulmasının qarşısını almaq məqsədi ilə Bakı şəhəri, Teymur Əliyev 54 ünvanında yerləşən “Avto Baku in Gründüng Ltd” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ticarət müəssisəsində araşdırma aparmışlar.

Araşdırma zamanı müəssisənin rəhbəri Çakar Özkan İsmayıl oğlu və digərləri yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törətmiş və həmin məqsədlə onların qanuni tələblərini yerinə yetirməmişlər. Bununla əlaqədar Azəbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 317.1 maddəsinə əsasən “Dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini, habelə dövlət metroloji nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən səlahiyyətləri daxilində yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə görə” müəssisənin rəhbəri Çakar Özkan İsmayıl oğlu barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş, müəssisə rəhbəri 4000 (dörd min) manat məbləğində cərimə olunmuşdur.

Müəssisə tərəfindən idxal olunan və keyfiyyəti, təhlükəsizliyi müvafiq sertifikatlarla təsdiq olunmayan malların rəsmiləşdirilməməsi barədə məktub Dövlət Gömrük Komitəsinə göndərilmişdir.

AZƏRFOTO

Ana səhifəyə dön

AXTAR VƏ TAP

 

BAXMAĞA DƏYƏR

Quran.az

Azerislam - Islam oldughu kimi

Analitika.az

MediaForum.az

© 2005 – 2010
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
NUR D