
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Komitənin dövlət nəzarəti aparılması barədə müvafiq sərəncamına əsasən “Kristal- N” firmasında (Abşeron ray., Novxanı kəndi) duz istehsalı zamanı standartların tələblərinə, metroloji qayda və normalara riayət olunmasını araşdırmışlar.
Müəyyən olunmuşdur ki, istehsal zamanı müəssisə rəhbərliyi tərəfindən mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Bu və aşkar olunmuş digər nöqsanlarla əlaqədar olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 317.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, müəssisəyə cərimə tətbiq edilmişdir.
AZƏRFOTO
Ana səhifəyə dön