Ana səhifə Haqqımızda  
  Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr

GÜNÜN FOTOSU



Azərbaycan DYP əməkdaşı "iş başında".

Həvəskar fotoqrafın çəkdiyi bu görüntü son günlər internetdə ən çox izlənənlər sırasındadır.

AZƏRFOTO

 Başqa fotolar

XƏBƏR RUBRİKALARI

XƏBƏRİN OLSUN

 
Abünə olmaq
İmtina etmək

BAKIDA HAVA NECƏDİR?

Hazirda: 32°C
Külək: Cənub
Xoş və Təmiz
The Weather Channel

BİZİMLƏ ƏLAQƏ

Ad, Soyad:
Telefon:
Email:
Mövzü:
İsmarıc:

NAİLİYYƏT

Netty 2007 Winner



“Bakı KEL” kiçik müəssisəsində istehsal edilən məhsulları almayın!
28 iyul 2010 | Çap üçün versiya | Dosta yolla |
Məlumat verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Bakı KEL” kiçik müəssisəsində istehsal olunan “Prince”, “KEL”, “Premyer” adlı nektarlardan, “Aroma” adlı şirə və nektarlardan, “Aqua Lux” adlı qazlı sulardan nümunələr götürülərək laborator müayinəyə göndərilmişdir.

Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən “Aroma” adlı nektar və şirələrdə, “KEL”, “Prince” adlı nektarlarda quru maddənin kütlə payının normadan az, titirlənən turşuların payının normadan çox olduğu, “Aqua Lux” adlı qazlı sularda mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox və tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformalar) olduğu və bu məhsulların insan sağlamlığı üçün təhlükəli olması müəyyən edilmişdir.

Qeyd olunanlarla əlaqədar, Dövlət Xidməti tərəfindən müəssisənin anbarında satışı dayandırılmış və insan orqanizmi üçün təhlükəli olan 17 ton nektar, şirə və qazlı suların məhv edilməsi barədə “Bakı KEL” kiçik müəssisəsinə icrası məcburi göstəriş verilmişdir.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıları “Bakı KEL” kiçik müəssisəsində istehsal edilən keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli nektar, şirə və qazlı suları almamağa çağırır.

AZƏRFOTO

Ana səhifəyə dön

AXTAR VƏ TAP

 

BAXMAĞA DƏYƏR

Quran.az

Azerislam - Islam oldughu kimi

Analitika.az

MediaForum.az

© 2005 – 2010
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
NUR D