
Milli mətbuatın 135 illiyi ilə bağlı “İrəli” Media Akademiyası xüsusi proqram keçirmişdir. Tələbələrin hazırladığı “Mediada yeni nəfəs” proqramı paytaxtdakı “Region Club”da düzənlənib.
Zövqlü anturajla müasir xay-tekin uygunlaşdığı bu estetik məkan 2 saat ərzində gələcək jurnalistlərin Akademiyada təhsil aldıqları 1 ay ərzində mənimsədikləri biliklərin, praktik təcrübənin, peşə vərdişlərinin nümayiş olunduğu əsl media – mərkəzinə çevrilib. “İrəli” İctimai Birliyinin üzvlərinin, Akademiyada dərs deyən təcrübəli pedaqoqların qatıldığı proqramda müasir medianın inkişaf prioritetləri, sezilən naqisliklər olduqca səmimi və qrotesk üslubda əks olunmuşdur. “Region Club”-un pozitiv aurasına aludə olan tələbələr 1 aylıq ciddi tədris kursundan sonra nəhayət ki, tam relaks şəraitinə kökləniblər.
Çağdaş mətbuatın inkişafı üçün dünyada olan müasir media texnologiyalarından yararlanmağı qarşısına hədəf qoyan tələbələri qarşıda 3 aylıq peşə təlimləri gözləyir. Yeri gəlmişkən, “İrəli” Media Akademiyası yarandığı qısa zaman ərzində artıq ilk uğura imza atıb. Milli mətbuat günü münasibətilə keçirilən və Qulu Məhərrəmli, Rahib Azəri, Nərgiz Cəlilova, Vəsilə Vahidqızı kimi peşəkar jurnalistlər in qatıldığı tədbirdə “İrəli” Media Akademiyası gənclər arasında jurnalist təşəbbüslərinin dəstəklənməsi nominasiyası üzrə qalib elan olunub.
AZƏRFOTO
Ana səhifəyə dön