Ana səhifə Haqqımızda  
  Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr

GÜNÜN FOTOSU



Azərbaycan DYP əməkdaşı "iş başında".

Həvəskar fotoqrafın çəkdiyi bu görüntü son günlər internetdə ən çox izlənənlər sırasındadır.

AZƏRFOTO

 Başqa fotolar

XƏBƏR RUBRİKALARI

XƏBƏRİN OLSUN

 
Abünə olmaq
İmtina etmək

BAKIDA HAVA NECƏDİR?

Hazirda: 32°C
Külək: Cənub
Xoş və Təmiz
The Weather Channel

BİZİMLƏ ƏLAQƏ

Ad, Soyad:
Telefon:
Email:
Mövzü:
İsmarıc:

NAİLİYYƏT

Netty 2007 Winner



“Azəri-Şah” MMC-də insan orqanizmi üçün təhlükəli duz istehsal olunur
27 iyul 2010 | Çap üçün versiya | Dosta yolla |
Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən “Azəri-Şah” Məhdud Məsuliyyətli Cəmiyyətində aparılan araşdırma zamanı Masazır qəsəbəsi ərazisində mövcud olan Duz gölündən tədarük edilmiş 2 ton duz aşkar edilmişdir.

Müəyyən olunmuşdur ki, yodlaşdırılmış duz istehsalı üçün lazimi şərait olmadığı halda tədarük edilən duz sexdə emal olunaraq qablaşdırılır.

Qeyd edək ki, mövcud standartın tələbinə uyğun olaraq yodlaşdırılmış duz istehsalı zamanı duzun nəmliyi, suda həll olmayan qalığın kütlə payı və yodun miqdarı istehsalçı tərəfindən hər 7 saatdan bir təyin olunmalıdır. Eyni zamanda kalsium (Ca), maqnezium (Mg), sulfat ionlarının dəmir-oksidin (FeO) və natrium-xloridin (NaCl) kütlə payı vaxtaşırı, 7 gündə bir dəfədən az olmayaraq təyin edilməlidir. Lakin müəssisədə bütün bunların təyin edilməsi üçün labaratoriya mövcud olmamış və sadalananlara əməl olunmadan məhsulun qablaşdırılaraq satışa çıxardılması məlum olmuşdur.

Bundan başqa ticarət şəbəkəsindən götürülmüş “Azəri-Şah” MMC-nin istehsalı olan duz nümunəsinin üzərində saxlama müddəti 1 il qeyd olunmuşdur. Halbuki yodlaşdırılmış duz üçün mövcud olan standart AZS 280-2007 üzrə məhsulun saxlanılma müddəti 9 ay nəzərdə tutulmuşdur. Həmçinin markalanmada qüvvədə olmayan normativ sənədə TŞ Az 00900003-17-2003 istinad olunaraq hazırlandığı qeyd edilmişdir.

Müəssidə araşdırma davam etdirilir.

AZƏRFOTO

Ana səhifəyə dön

AXTAR VƏ TAP

 

BAXMAĞA DƏYƏR

Quran.az

Azerislam - Islam oldughu kimi

Analitika.az

MediaForum.az

© 2005 – 2010
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
NUR D