
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Bakı şəhəri, Sabunçu ray., Bakıxanov qəs., Y.Əliyev 00/37 ünvanında yerləşən dairəvi çörək istehsalı ilə məşğul olan “Sərham” MMC-də araşdırma aparmışlar.
Müəyyən olunmuşdur ki, çörəyin istehsalı zamanı istifadə olunan xammallar (un və duz) normativ sənədlərin tələblərinə uyğun saxlanılmır. Sexdə araşdırma zamanı çörəyin hazırlanmasında istifadə olunan mənşəyi məlum olmayan çəkisi 50 kq olan 30 kisə un və çəkisi 30 kq olan 43 kisə duz aşkar edilmişdir.
Müəssisədə istehsal olunan çörəyin sınağı üçün mövcud olan laboratoriya tələblərə cavab verməmişdir. Çörəyin müayinəsinin mütəmadi aparılmadığı və bununla da çörəyin keyfiyyətinə təminat verilmədiyi məlum olmuşdur.
Sexdə çörəyin istehsalı zamanı normativ sənədin (ГОСТ 28808-90) tələblərindən kənara çıxılmış, normativ sənəddə nəzərdə tutulmayan sirkə turşusundan (uksusdan) çörəyin turşuluğunun artırılması və göbələk xəstəliyinin qarşısının alınması məqsədi ilə istifadə olunduğu müəyyən olunmuşdur. Nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülmüşdür.
AZƏRFOTO
Ana səhifəyə dön